Albert Einstein

Fizik

Albert 4 yaşına qədər danışa bilmirdi. Hər kəs onun geri zəkalı olduğunu düşünürdü. Daha sonra isə Albert nisbilik nəzəriyyəsini irəli sürmüş və Nobel mükafatına layiq görülmüşdür.

Walt Disney

rəssam-multiplikator

Walter fantaziyası olmadığı üçün işlədiyi nəşriyyatdan qovulmuşdu. Daha sonra o, Mickey Mouse personajını yaratdı və Walt Disney Company şirkətini qurdu. 32 Oskar mükafatına layiq görüldü.

Joanne Rowling

yazıçı

12 nəşriyyat Harry Potter əsərinin müəllifi tənha ana Joannenin kitabını nəşr etməkdən imtina etmişdi. İndi isə bu bestsellerin bir neçə seriyası, ekranlaşdırılmış versiyası və ümumilikdə 13 milyard dollar gəliri var.

Brian Acton

WhatsApp’ın qurucusu

Twitter və Facebook şirkəti onu işə qəbul etməmişdi. Daha sonra Brian WhatsApp messengerini qurdu və Facebook bu messengeri 12 milyar dollara aldı.

Vincent van Gogh

rəssam

Dahi həyatı boyu cəmi 1 əsərini sata bilmişdi. Onu da dostuna, ancaq Vincentin xəbəri olmadı ki, o, 600 qiymətsiz əsəri miras qoydu.

Michael Jordan

basketbolçu

Michael məktəbin basketbol klubundan qovulmuşdu. İndi isə o, dünyanın ən məşhur basketbolçusudur.

Sergey Brin və Larry Page

Google axtarış sisteminin qurucuları

Onlar axtarış sistemi ideyasını satmaq istədi, lakin heç kəs maraq göstərmədi. Hal-hazırda Google internetin ən nəhəng şirkətidir. Onun dəyəri 500 milyard dollar kimi qiymətləndirilir.

Stephen King

yazıçı

30 nəşriyyat şirkəti yazıçının ilk kitabını nəşr etməkdən imtina etdi. İndi isə o, ədəbiyyat üzrə 30 mükafata layiq görülmüşdür. Onun 90 əsərləri isə erkanlaşdırılmışdır.