Sağlam qidalanma ilə bağlı doğru olmayan 13 əfsanə

Bloq By Bildirchin Posts ·

Әfsanə 1: Saat 18:00-dan sonra yemək yeməyin. Xeyr, sadəcə yatmazdan 3-4 saat əvvəl yüksək kalorili yeməklər yeməməlisiniz.

Әfsanə 2: Sərhədsiz sayda yeni sıxılmış meyvə suyu içə bilərsiniz. 3 stəkandan çox yeni sıxılmış meyvə suyu içməməlisiniz.

Әfsanə 3: Suşi sağlıqlı və az kalorili qidadır. Bütün suşi növləri və sousları bol kalorilidir.

Әfsanə 4: Şokolad zərərlidir. Şokoladlar əslində düşündüyümüz qədər zərərli deyil. Bir parça şokolad yesəniz sağlamlığınız üçün faydalı ola bilər.

Әfsanə 5:  Az yesəniz sürətlə çəki atarsınız. Sadəcə gündə 5-6 dəfə qidalanan insanlar sağlam şəkildə artıq çəkilərindən xilas ola bilərlər.

Әfsanə 6:  Gündə 6-8 stəkan su içmək lazımdır. Xeyr, sadəcə ehtiyac duyduğumuz qədər su içməliyik.

Әfsanə 7:  Yağ yeməməlisiniz. Ehtiyac duyduğunuzdan çox yağ qəbul etmək zərərlidir.

Әfsanə 8: Zeytun yağının kalorisi azdır. Zeytun yağındakı kalori bütün yağlardakı kalori miqdarı ilə eynidir. Sadəcə o, daha sağlıqlıdır.

Әfsanə 9: Karbohidrat zərərlidir. Karbohidratın bəzi növləri zərərliykən, bəziləri sağlamlığımız üçün gərəkli və faydalıdır.

Әfsanə 10: Әsmər şəkər, bəyaz şəkərdən daha sağlıqlıdır. Әsmər şəkərlə, bəyaz şəkərin kalori miqdarı eynidir. Biri digərindən sağlıqlı deyildir.

Әfsanə 11: Səhər yeməyində istədiyinizi yeyə bilərsiniz. Səhər yeməyi zamanı qəbul etməli olduğunuz qidalar müəyyəndir. Protein, yağ, karbohidrat və lifli qidalar.

Әfsanə 12:  Sadəcə idman etməklə kalori yandıra bilərsiniz. Bədən sadəcə idman edərkən deyil, digər hərəkətlər zamanı da kalori yandıra bilər. Hətta yuxudaykən belə...

Әfsanə 13: Meyvə və tərəvəzlər bərabər miqdarda sağlıqlıdır. Xeyr, tərəvəzlər meyvələrdən biraz çox sağlıqlıdır. Bir gündə qəbul edilən dörd porsiya tərəvəz, bir porsiya meyvəyə bərabərdir.

Author: Tarlanqizi