Dünyamızı tatamilə dəyişdirən, 20-ci əsrin unudulmaz görkəmli hökmdarlarını dünyaya gətirən, onları yetişdirib və böyüdən analar, onların zəhmətləri  ədalətsizcə olsada hamı tərəfindən unudulmuşdur. Buna görə də bis sizə həmin görkəmli insanları dünyaya gətirən anaları ilə tanış olmağınızı məsləhət bilirik, çünki hər bir ana övladının həyatında çox böyük və əhəmiyyətli bir rol oynayır və onun maraq dairəsinin inkişafına, şəxsiyyətinin formalaşmasına və ən əsası tərbiyəsinə çox böyük təsir göstərir.


İosif Stalinin anası – Yekaterina Geladze.

Yekaterina Gürcüstanın  kiçik bir pravoslav kəndində anadan olub və 17 yaşında ərə gedmişdir. Onun iki uşağı doğuşdan dərhal sonra ölüb, üçüncü isə İosif – sağ qalmışdır. Yekaterina, oğluna ən yaxşısını vermək üçün çox çalışırdı və istəyirdi ki, İosif keşiş olsun. Bax ancaq  İosif özü nəsə böyük arzuları var idi.


Leonid Brejnevin anası – Natalya Mazalova

Kursk vilayətinin Brejnevo kəndində anadan olmuşdur . İrsi işçi olmuş  Natalya uşaqlıqda  yaxşı təhsil alıb və öz uşaqlarına həmişə bunu aşılamaq istəyib. Leonid İliç Moskvada rəhbər vəzifələrdə çalışarkən hətta onun anası Dneprodzerjinskdə öz köhnə mənzilində yaşamağa davam edirdi. Ona köçməyi dəfələrlə təklif etmişdilər, lakin o hər dəfə imtina edirdi və  adi sıravi sovet təqaüdçüsü yaşamına davam edirdi.


Uinston Çörçillin anası – Cerom Cenni

Amerikalı  maliyyəçinin qızı olmuş və ABŞ-da anadan olmuşdur. 1874-cü ildə ilk dəfə ərə gedib və İngiltərəyə köçüb. O illərdə kübarlar cəmiyyətində qəbul olunduğu kimi , Cenni oğlunun tərbiyəsini dayələrə etibar edirdi və uşaqlıqda ona qarşı çox soyuq idi, lakin sonradan onlar yaxşı dost olurlar.


Vladimir Leninin anası – Mariya Aleksandrovna Blank

Sankt-Peterburqda doğulub, çox yaxşı təhsil alıb və bir neçə dil öyrənmişdir.  İzdivacdan Mariya Aleksandrovna səkkiz uşaq dünyaya gətirib: dörd oğlu və dörd qızı olmuşdir. Sonra ərini itirib və bütün təsərrüfat işlərin öz üzərimə götürməli olub. Dörd uşağı inqilabçı olub. Vladimirin fəaliyyətində ona dəstək olmuşdur və iki dəfə oğlu xaricdə olarkən onun yanına gəlmişdir.


Con Kennedinin anası – Roza Fitscerald

1914-ci il oktyabrın 8-də o, Cozef Patrik Kenned ilə evlənmişdir. Rouz  və Cozefin doqquz uşağıvar idi. Ərinin ölümündən sonra 1969-ci il noyabr ayında. Roza Kennedini dul qalmışdır. O, 22 yanvar 1995-ci il tarixində pnevmoniyanın kəskinləşməsi nəticəsində 104 yaşında vəfat etmişdir.


Franklin Ruzveltin anası – Sara Delano

Franklin balaca ikən, ailəsi Avropanı çox gəzib və ona görə də gələcək prezident bəzi xarici dilləri yaxşı öyrənmişdir.


Adolf Hitlerin anası – Klara Peltsl

Avstriya imperiyasında  anadan olub. Məktəbdən sonra 13 yaşında Alloisin yanında qulluqçu işinə  düzəlib. Klara onun atabir bacısı qızı idi. Alois Klaradan 23 yaş böyük idi. O ev üzrə olan vəzifələrini yerinə yetirib,ərinin istəyinə itaət edərək kilsəyə gedirdi. Hətta illər sonra belə o,  özünü  onun həyat yoldaşı kimi görmürdü və ərinə müraciət edərək, onu “Alois əmi” adlandırırdı.


Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry