Yazarlar üçün təlimat


Bildirchin.az 2012-ci ildən peşəkar komandası və yazarları hesabına ayaqdadır. 3000-dən çox unikal məqaləyə malik Bildirchin.az ciddi nizam-intizam hesabına illərdir fəaliyyət göstərməkdədir. Sizin də yazar kimi bacarıqlarınız varsa və komandamıza qoşulmaq istəyirsinizsə, özünüz haqqında məlumat və məqalələrinizi info@bildirchingroup.com e-mail ünvanına göndərə bilərsiniz



Məqalənizin Bildirchin.az saytında dərc olunması və ya istifadəçi hesabı açılması üçün aşağıdakılar vacibdir: 

I. Şəkliniz

II.  Əsl adınız və soyadınız (əgər təxəllüslə və şəkilsiz dərc olunmaq istəyirsinizsə, səbəbini izah edin);

III. Qısa tərcümeyi-halınız, vəzifəniz, həmçinin saytın “müəllif haqqında” bölməsində yerləşdirmək istədiyiniz məlumat. Quru və rəsmi təqdimatdan çəkinmək daha məqsədə uyğundur.

IV. Azərbaycan dilini mükəmməl bilmək

Köşə və ya məqalə üçün başlıq seçimi baş redaktorunun səlahiyyətlərinə daxildir. Redaktor, məqalənin başlığını dəyişmək, məqalənin kontekstini təhrif etmədən uyğun başlıq seçmək hüququna sahibdir.

Yazı üçün mövzuların əhatə dairəsi kifayət qədər genişdir: bloq, fərdi inkişaf, araşdırma, biznes, maliyyə, idman, mədəniyyət, texnologiya, dəb və sair. Yazar unutmamalıdır ki, oxucuları ilk növbədə əsaslandırılmış və etibarlı rəylər maraqlandırır . Həmçinin, mövzuya bədii və yumoristik yanaşma da təqdir olunur.

Mətnlərin həcmi. Mətnin oxucular tərəfindən daha yaxşı qavranılması üçün bir yazıda 5000 işarə həcmindən çıxmamaq tövsiyə olunur. Daha böyük mətnləri hissələrə bölmək və «ardı var» şəklində dərc etmək məqsədəuyğundur.

Mətnlərin əlavə tərtibatını – şəkillər, video, infoqrafika- redaksiyanın ünvanına göndərə bilərsiniz.



Yazılar zamanı aşağıdakılar qadağandır:

a. Oxucuların, digər yazarların və sayt rəhbərliyinin şərəf və ləyaqətini təhqir edən təxribatçı ifadələr;

b. İstər açıq, istərsə də gizli şəkildə  senzuradan kənar leksikadan istifadə

c. Dini, irqi, millətlərarası nifrətin, irqi, etnik, cinsi, dini, sosial əlamətlərinə görə düşmənçiliyin, yaxud ayrıseçkiliyin təbliği və qızışdırılması;

d. Yalan məlumatın yayılması;

e. Gizli və ya açıq reklam;

f. Separatizmin təbliği;

g. Vətəndaşların və ya təşkilatların işgüzar nüfuzunu və ləyaqətini alçaldan, gözdən salan, onlara qarşı təhlükə daşıyan məlumatlar;

j. Azərbaycan Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməllərə çağırış.



Redaksiya, tərkibində siyasi reklam olan köşələri dərc etməmək hüququnu özündə saxlayır.

Həmçinin redaksiya, köşənin dərcindən izahat vermədən imtina edə bilər.

Yazısı Bildirchin.az-da dərc olunan müəllif, materialın müəlliflik hüquqlarını Bildirchin.az-a verir.

Saytda mətn və ya vizual formatda ifadə olunmuş fikirlər redaksiyanın fikri ilə həmişə üst-üstə düşməyə bilər, lakin redaksiya, cəmiyyətdə fikir azadlığını və ictimai əhəmiyyət daşıyan məsələlərdə sərbəst və açıq diskussiyaları dəstəkləmək məqsədilə həmin fikirlərin dərcinə imkan yaradır.

Bütün materiallar orijinal olmalı və yalnız Bildirchin.az-a təqdim edilməlidir. Başqa KİV-lərə təqdim edilən, ya da hər hansı bir şəkildə (çap və ya onlayn) yayınlanmış məqalələr qəbul edilmir.