Hər il bir-birindən maraqlı, həyəcanverici filmləri təqdim edən rejissorlar 2017-ci ildə də fəaliyyətlərini davam etdirirlər. 2017-ci ilin ilk 6 ayında təqdim edilmiş ən maraqlı filmlərin siyahısını hazırladıq. 🙂

  • Resident Evil (Final) 2012-ci ildən çəkilməyə başlayan “Resident Evil” film seriyası bu ilin yanvarında final bölümünü tamaşaçılarına təqdim etdi. Son bölüm IMDB-də 5.6 balla qiymətləndirilir.


  • John Wick 2 – Rejissor  Chad Stahelski tərəfindən ekranlaşdırılmış “John Wick 2” filmi bu ilin fevral ayında ekranlara buraxıldı. Birinci seriyasında ailəsinin qisasını alan John, ikinci seriyada iti ilə sakit bir həyat yaşamaq istəsə də özünü istəmədiyi halda təhlükəli hadisələrin mərkəzində tapır. Köhnə bir ortağının sayəsində bu dəfə İtaliyanın paytaxtı Romada, çox güclü mafiyalarla mübarizə aparır. Hər iki filmi izləməyi tövsiyə edirəm. 🙂 Film IMDB-də 7.9 bal almışdır.


  • The Lego Batman Movie – Fevral ayında ekranlaşdırılmış 3D kompüter-animasiya komediya filminin rejissoru Chris McKaydir. Film xoş rəylərlə yanaşı, həm də 310 milyon $ gəlir əldə etmişdir. IMDB balı 7.5-dir.


  • The Great Wall – Azərbaycanca “Böyük sədd” kimi tərcümə olunan film 2016-cı ildə Çində teatrlara buraxılsa da, 2017-ci ilin fevral ayında dünyaya təqdim olunmuşdur. Film həm monster, həm də tarixi özündə birləşdirir. Tənqidçilər film haqqında həm mənfi, həm də müsbət fikirlər bildiriblər. 150 milyon $ xərclənən film dünta üzrə 332 milyon $ qazanmışdır, ancaq film studiası 75 milyon itirmiş hesab olunur. Bütün bunlara baxmayaraq IMDB-də film 6 bal alıb.


  • Logan 3 Mart tarixində izləyicilərinə təqdim olunan film böyük marağa səbəb olmuşdur. Elmi-fantastik və dram janrında olan “Logan” filmində baş rolda kinosevərlərin yaxşı tanıdığı Hugh Jackman yer almışdır. Kinoda yaxın gələcəkdə (2029-cu ildə) baş verəcək hadisələr öz əksini tapmışdır. Wolverineni, özü kimi “pəncələri” olan kiçik bir qızın təhsilini və qorumasını öz üzərinə götürmüşdür. 97 milyon dollara çəkilmiş film, dünya üzrə 612 milyon $ gəlir əldə etmişdir. IMDB-də 8.3 balla qiymətləndirilmişdir, artıq sözə ehtiyac yoxdur məncə. 🙂


  • Kong: Skull Island – 2017-ci ilin mart ayında ekran üzü görmüşdür. 185 milyon dollarlıq büdcə qarşılığında film 565 milyon $ gəlir əldə edərək 2017-ci ilin “Ən çox gəlir əldə edən 50 filmi” siyahısına düşmüşdür. Film 1944-cü ildə İkinci Dünya Müharibəsi illərindən 1973-cü ilə qədər olan dövrü özündə əks etdirir. Döyüş, macəra və monstr janrında olan bu filmin IMDB balı 6.9-dur.


Filmlərin süjet xəttini və yekun səhnələrini sizi intizarda saxlamaq üçün yazmadıq, ancaq treylerləri izlədikdən sonra bəyəndiyiniz filmlərə baxa bilərsiniz. Xoş seyrlər! 🙂

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂