Dünyanın fərqli yerlərində hər gün təəccüblənəcəyimiz müxtəlif hadisələr eşidirik.
Hollandiya dünyanın ən sakit ölkələrdən biri hesab olunur. Qalmaqallı hadisələr demək olar ki heç yaşanmır, lakin keçdiyimiz günlərdə Hollandiyanın Drente bölgəsində, bir fermada ata və 5 uşağının birlikdə yaşadıqları məlum oldu.

Hollandiyada baş vermis bu hadisədə, bir məhəllədə kafeyə girən 20 yaşlarında, uzun saçlı, saqqallı və köhnə paltarları olan bir insan “ildir ilk dəfədir çölə çıxıram” dedi. Bu gənc qəribə davranışlar sərgiləyirdi. Məlum oldu ki, ətrafda yerləşən bir fermadan qaçıb. Ətrafdakı insanlar bu xəbəri eşitdiyi zaman polisə xəbər verirlər.

Axtarışlar nəticəsində fermanın həbsxanasında 18 və 25 yaş aralığında dəyişən 5 uşaq və bir beyin qanaması səbəbilə iflic olan ataları var. Fermanı ailəyə kirələyən şəxs saxlanılır və məlum olur ki, 9 ildir onlar bu yerdə yaşayır.

Uzun müddətdir ki, bu həbsxana şəraitində böyüyən uşaqların heç bir sənədi yoxdur.
Uşaqların anası bu fermaya köçməzdən əvvəl ölübmüş. Araşdırmalardan məlum olur ki, uşaqlar dünyada onlardan başqa da insanların olmasını təsəvvür belə etməyiblər.

Yerli media “Ailə illərdir qiyaməti gözləyən formada” bildirsə də, ailənin niyə o vəziyyətdə yaşamağa başladığı hələ də məlum deyil.