Yaz və yay səyahətin, istirahətin fəslidir. İnsanların əksəriyyəti sevdiyi şəxslə bu mövsümdə xaricə üz tutur. Bəzi şəhərlər sevginizdəki romantikanı artırmaqda sizə faydalı olacaq. Sevgiliniz və ya həyat yoldaşınızla səyahət planlayırsınızsa, sizin üçün hazırladığımız Avropanın ən romantik şəhərləri siyahısına nəzər yetirməyinizi tövsiyə edirik. 🙂

Aix-en-Provans (Fransa)

Cənubi Fransanın Provans bölgəsi haqqında çox xoş söz demək olar. Məşhur rəssam Van Qoq uzun müddət burada yaşamışdır. Səbəb olaraq, Fransada ən gözəl günəşin Provansda olduğunu deyib və əsərlərində istifadə etmişdir. Digər tanınmış rəssam Pol Sezanın doğulduğu Aix-en-Provans şəhəri bölgənin ən romantik və gözəl şəhərləri siyahısında birinci gəlir. Rəngarəng şəhərdə min il öncə Romaya aid qalıqları, çiçəklərlə bəzədilmiş evləri sizi valeh edəcək. Buraya səyahətlə sevginizə yeni çalarlar əlavə edə bilərsiniz.

Sevilya (İspaniya)

Əndəlüs bölgəsinin paytaxtı olan Sevilya eyni zamanda buranın ulduzu hesab edilir. Portağal ağaclarının olduğu küçələr, rəngbərəng çiçəklər olan evlər və “Ulduz Müharibələri” kimi məşhur filmlərin çəkildiyi İspaniya Meydanı şəhərə əlavə gözəllik qatır. Xüsusilə də İspaniya Meydanı cütlüklərin sevdiyi romantik məkanlar siyahısında yer alır. Evlilik təklifləri üçün mükəmməldir. 😉

Florensiya (İtaliya)

Florensiyanın küçələri ətrafa sevgi saçır. Hiss etmədən küçələrdə itirsiniz. Axşamçağı gün batımında və hava qaralanda möhtəşəm mənzərə yaranır. Arno çayının bir tərəfinə keçib, Ponte Veççio körpüsünü izləmək insana qiymətsiz bir zövq yaşadır. İntibah dövrünün başlanğıcı olan Florensiya incəsənət sevən cütlüklərin siyahısında mütləq olmalıdır.

Luzern (İsveçrə)

Qarlı Alp dağları ilə Luzern gölü arasında yerləşən İsveçrənin Luzern şəhəri rəsmləri qısqandıracaq gözəlliyə sahibdir. Burada özünüzü orta əsr nağıllarına düşmüş kimi hiss edəcəksiniz. Sevgi qoxan şəhər sizin də zövqünüzü oxşayacaq.

Barselona (İspaniya)

Bu şəhər kosmopolitan cütlüklərin xəyallarındakı şəhərdir. Barselonaya gedənlər tapasları yeyib, flaminqo rəqslərini izləyib, bir də Qaudinin surreal əsəri “La Sagrada Familia”-nı gördükdən sonra şəhərin sehrinə valeh olacaqlar. Cütlüklərdə tərəflərdən biri (və ya hər ikisi) Barcelona futbol klubu azarkeşidirsə, Kamp Nouya getmədən dönməməlidir. 🙂

Brügge (Belçika)

Bütün fəsillərdə gözəl görünən şəhərlərdən biri Brüggedir. Şəhərə addım atan kimi möhtəşəm mənzərə ilə qarşılaşırsınız. Sevgililər çayından şəhərə doğru irəliləyəndə özünüzü orta əsrdə hiss edəcəksiniz. Fayton turlarına bir də qayıq turunu əlavə etsək, Brüggenin havası sizə romantikaya daha da yaxınlaşdıracaq. Ancaq Belçika vaflilərini də unutmamağınız tövsiyə olunur. Xoşbəxtliyin bir az da artırmaq üçün mərkəz meydandakı kafelərdən birində əyləşib, sevdiyiniz insanla birlikdə kofe için.

Siena (İtaliya)

Toskananın qədim şəhərlərindən biri olan Siena turistlər tərəfindən çox ziyarət edilir. Bura romantik cütlüklər üçün də gözəl seçimdir. Orta əsr şəhəri olan Sienanın küçələri, baxdıqca insanı özünə çəkən tarixi memarlığı, UNESCO Dünya Mədəniyyət Mirası siyahısına daxil olan Del Campo meydanı bu şəhəri sevdirir. Bir də Toskananın günəş batımını Sienada izləsəniz, bambaşqa duyğulara qapılacaqsınız.

Zalzburg (Avstriya)

Zalzburq fotogenik şəhərdir. Min illik musiqi tarixi ilə, operalar, konsertlər və incəsənət nümunələri Zalzburqda heç vaxt əskik olmayıb. Bununla yanaşı Barokko üslubunda Mirabell Baxçalarından, Renesans memarlığına aid Hellbrunn Sarayına qədər bir çox tikili qəlbinizi fəth edəcək gözəlliyə sahibdir. Kanatla yuxarıya doğru çıxdığınızda möhtəşəm bir Zalzburq mənzərəsi ilə baş-başa qalacaqsınız.

Roma (İtaliya)

Roma – Dünyanın ən romantik şəhərlərindən biridir. Niyə də olmasın?! Sadəcə sahib olduğu memarlıq nümunələri onu bu siyahıya əlavə etməyimiz üçün yetərlidir. Sevgi Çeşməsindən Kolizeyə, Panteondan İspaniya pilləkənlərinə qədər bir çox məkan ağlınızı başınızdan alacaq. Yaz-yay mövsümündə səyahət planınıza bu şəhəri əlavə etməyi unutmayın.

Paris (Fransa)

Romantik şəhərlər siyahısını yazarkən Parisi əlavə etməmək mümkündürmü? Başdan-başqa sevgi şəhəridir Paris. Bu şəhərə neçənci dəfə getməyinizdən asılı olmayaraq, hər səfərinizdə fərqli bir romantika yaşayacaqsınız. Küçələrində yeriyərkən, hər küncdə, hər bulvarda bir sevgi hekayəsi sizi qarşılayar. Əgər Paris gerçəklikdə olmasaydı yəqin insanlar onu ancaq xəyallarında yaşadacaqdı.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂