ABŞ-ın Nyu York şəhərində bir sərgidə yaradılan yağış otağı, insanlara islanmadan yağış altında gəzməyin keyfini təqdim edir. “Random International” adlı sənət birliyi tərəfindən hazırlanan sərgi, Londondakı “Barbican” İncəsənət Mərkəzindən sonra Nyu York Müasir Sənətlər Muzeyində (MoMA) açılıb. 

Ziyarətçilərə fərqli bir təcrübə imkanı təqdim edən və islanmadan yağış altında romantizm yaşamaq istəyənlərə istiqamətli yaradılan “Yağış Otağı”nı görmək istəyən amerikalılar, 4 saata yaxın növbədə gözləyərək bu otağı ziyarət edirlər. Gündə təxminən 600-700 adamın gəzə bildiyi sərgiyə eyni anda ən çox 10 ziyarətçi qəbul edilir. 

Yalnız bir nöqtəsində işıq olan qaranlıq otağın 100 kvadrat metrlik metal qril zəmininə dəqiqədə 1000 litr süni yağış yağdıran sistem, üç ölçülü sensorlar sayəsində hərəkət qəbul etdiyi nöqtələrə su axışını dayandırır. Bunun sayəsində ziyarətçilər, ətraflarındakı sıx leysan yağışına baxmayaraq üzərlərinə tək damla su düşmədən yağış altında gəzmə imkanı tapır. Amerikalılar, sənət, elm və texnologiyanı birləşdirən əsər qarşısında fərqli reaksiyalar verir. Bəzi ziyarətçilər özləri ilə gətirdikləri çətirlərlə fotoşəkil çəkdirərkən, bəziləri də yağış damlalarını tutmağa çalşırlar.