Coco Chanel- möhtəşəmlik və fərqlilik bir arada!

215

Gabrielle Bonheur Chanel 1883-cü ildə Fransada dünyaya gəlmişdir. O öz imperiyasını yaratmaq üçün əlindən gələni edirdi. Kişilərin idarə etdiyi cəmiyyətdə o kişilərə qarşı mübarizə aparırdı və bəzən onlara qalib də gəlirdi! Onun haqqda maraqlı məlumatlar öyrənək 🙂

Coco Chanel 12 yaşında ikən uşaq evinə atılır. Anası bronxitdən öldükdən sonra, atası 2 qardaşını fermada işləməyə göndərir. 3 qızını isə uşaq evinə qoyur.

O, gecə klublarında oxuyaraq, pul qazanırdı. Qaba yığılmış pulun miqdarı onun performansının necə keçdiyini göstərirdi. Bu onun yeganə qazanc mənbəyi idi.

Coco adını o oxuduğu iki mahnıya görə qazanmışdı: ” Ko Ko Ri Ko” və “Qui qu’a vu Coco”. Daha sonradan o hər kəsə deyirdi ki, bu ləqəb ona atası tərəfindən verilmişdir.

Coco qadınlar üçün şalvarı kəşf etdi. Onun fikrinci uzun ətəklərlə at belinə minmək narahat idi və bu riski alaraq şalvar geyinməyə başladı. Elə o riskdir ki, onu bu yerlərə gətirib çıxardı!

Coco Chanel dizayner olaraq ətir istehsal edən ilk adamdır. “Chanel No 5″ Merlin Monronun da sevimli ətirlərində olmuşdur.

Dizaynerliyə şlyapalarla gəlir və qısa zamanda qadınların ən sevimli papaqlarını o tikməyə başlayır. Qadınlar üçün xüsusi maskulin dizaynlı geyimlər hazırlayaraq, onları ənənvi geyimlərdən azad edir.Qara isə onun ən sevdiyi rəng olub.

Boy Capel adlı idmançı sevgilisi onun həyat boyu sevdiyi adam olmuşdur. Onun sayəsində ədəbiyyatla tanış olmuş və sevməyi öyrənmişdi. Sevgilisi onu çox dəstəkləyirdi və Coco’nun ilk geyim mağazalarının açılmasında da maddi və mənəvi dəstəyi böyük olmuşdur. Daha sonra o yol qəzasında vəfat etmişdi, ancaq Chanel onu heç vaxt unutmadı!

30 ildən çox otellərdə yaşayır. Ritz otel Parisdə 87 yaşında vəfat edir.

Şir hər zaman Chanel üçün böyük əhəmiyyət kəsb edib və bunu bir çox dizaynda görməyimiz mümkündür. O baş daşının üstündə də şirlər istəmişdi və demişdi: Əgər üstümdəki bu daşlar olmasaydı, cənnətə gedib, oradakı mələklərər də paltarlar tikərdim!


BONUS: Sizə maraqlı film deyim onun haqqında. İzləyin və yazdıqlarımı daha ətraflı olaraq oradan görə bilərsiniz. Filmin adı Coco Before Chanel. IMDB xalı 6.7-dir, ancaq düşünürəm ki, yetəri qədər maraqlıdır və modasevərlər bu filmi izləməlidirlər!

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂