Dünyada ilk ayaqyolu muzeyi Hind şəhəri Nyu-Dehlinin yaxınlığında dünyada yeganə olan, Sulabh İnternational xeyriyyə təşkilatı tərəfindən təşkil olunmuş, beynəlxalq tualet muzeyi yerləşir. Maraqlıdır ki, bu şirkət Hindistanın ən iri ictimai ayaqyolularının sahibidir. Təşkilatın əsas missiyası isə – ölkə miqyasında sanitariyanın təbliğidir.

Sulabh İnternational Hindistanda, könüllülərinin sayı ölkədə 50 mindən çox olan ən böyük xeyriyyə təşkilatıdır. Ayaqyolu muzeyinə gəldikdə isə, o qədim dövrlərdən başlayaraq bugünə qədər bu elementin inkişaf tarixindən danışır. Burada XIII Lüdovikin taxt-tac şəklində olan və I Yelizavetanın qiymətli daşlarla naxışlanmış gecə bardağı və bu kimi bir sıra eksklüziv nüsxələr nümayiş etdirilir.









Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry