Ted Bundy 1974-1978-ci illərdə ABŞ-da 30-dan çox qadını öldürmüş silsilə cinayətlər törətmiş qatildir. Onu digər qatillərdən fərqləndirən, yaraşıqlı geyimi, təmiz görünüşü, kübar, təhsilli, mədəniyyətli olması və qadınların marağını özünə cəlb edən cazibəyə sahib olmasıdır.

Ted Bundy qeyri-qanuni uşaq idi və anası bunu ondan gizlətmişdir. Anasının onun bacısı olduğunu düşünürdü. Vaşinqton Universitetində oxuyarkən Stefan adlı qıza aşiq olan Ted özünü ona sevdirmək üçün çox çalışdı, ancaq buna nail ola bilməmişdi. Bu hadisədən sonra depressiyaya düşən Ted Bundy universiteti tərk etdi. Ardınca “bacı” dediyi şəxsin anası olduğunu öyrəndi. Bütün bu olanlar ona çox təsir etmişdi və ətrafındakı bütün qadınlara nifrət etməyə başlamışdı.

Daha sonra insan psixologiyasını bilmək üçün Vaşinqton Universitetində psixologiya üzrə təhsil aldı. Məzun olduqdan sonra Vaşinqtondakı cümhuriyyətçi partiya üçün işləyərkən “Utah” universitetinin hüquq fakültəsinə daxil oldu. Stefani Tedin dəyişdiyini, daha yaxşı olduğunu düşünüb yenidən ona qayıtdı. Evlənmə təklifi edən Ted Bundy 2 gün sonra ayrıldı və əlaqələrini tamamilə kəsdi. İstədiyi qadını əldə edə biləcəyini düşündü və digər 4 ili Amerika Birləşmiş Ştatlarında silsilə qətllər törətməyə başladı.




Bəzən şikəst rolu oynayaraq, bəzən polis kimi görünüb onları tutaraq 4 il ərzində köhnə sevgilisinə bənzəyən 30 qadını təcavüz edib, boğaraq və ya zərbələr endirərək öldürmüşdür. Bəzən öldürdüyü şəxsləri evində saxlayaraq onları geyindirib, makiyaj edib təcavüz edirdi. Polis bu vəhşicəsinə törədilmiş cinayətlərdə heç bir iz tapa bilmirdi, çünki hiyləgər Bundy hər dəfə üzündə dəyişikliklər edib fərqli adlardan istifadə edirdi, ancaq bir gün Utahda polis paltarında alış-verişdən çıxan bir qızı hədəf seçmişdi. Kerl adlı qıza sorğu-sual bəhanəsi ilə yaxınlaşaraq maşınına mindirmişdir. Kerl maşının qapısın açaraq qaçmış və polisə Bundynin fotorobotunu çəkmişdir. 16 avqust 1975-ci ildə içərisində cinayət alətləri olan maşın tapıldı. 1976-cı ilin martında Kerlı qaçırdığı üçün məsuliyyətə cəlb olunan Bundy 15 il həbs cəzası aldı. Detektivlər cinayətlərdə Bundy’dən şübhələnsələr də, hələ də ona aid dəlil yox idi. Öz evində belə bir barmaq izi tapa bilməmişdilər. Ona görə də cinayətlərə görə deyil, Kerlı qaçırdığına görə həbs edilmişdir.

7 aprel 1977-ci ildə məhbus olaraq məhkəmədə sorğulanmağa başladı. Ted Bundy hüquq məzunu olduğu üçün ona verilən vəkili rədd edərək öz-özünə vəkillik edə biləcəyini dedi. Bunu hakimlərdən istəmək də Bundy’nin hiyləgərliyindən xəbər verirdi, çünki özü vəkillik etdiyi üçün əlləri qandalda olmayacaq, bundan əlavə normal kostyum geyinə biləcəkdi. Məhkəmədən hüquq kitabları oxuya bilmək üçün kitabxanaya getməyə icazə almışdı. İstəyi qəbul edilən Ted Bundy 2-ci mərtəbədə yerləşən kitabxananın pəncərəsindən qaçdı. Əlləri qandallanmadığı və məhbus uniforması geyinmədiyi üçün rahatlıqla insanların arasına qarışdı.




Bir müddət sonra şəhərdən qaçmaq üçün maşın oğurlayarkən Bundy yenidən tutuldu. 6 ay həbsdə qalarkən tapdığı bir mişarla uzun bir tunel qazdı. Tunelin digər tərəfi həbsxananın baş gözətçisinin evinə çıxırdı. Otaqda olmadığı bilinməməsi üçün yatağını kitablarla dolduraraq tunellə hərəkət etdi. Gözətçinin evində paltarlarını dəyişərək sakit bir şəkildə evdən çıxdı. Ted Bundynin qaçdığı gec bilindiyi üçün bu ona 15 saat ekstra vaxt qazandırmışdı. Bu müddətdə Floridaya qaçmış özünə yeni ad tapmış və tək otaqlı, təhlükəsiz ev tutmuşdur. Bu ev Florida Dövlət Universiteti yaxınlığında idi və Bundy gizli olaraq istədiyi vaxt universitetə daxil olub ona maraqlı olan dərslərə qatılırdı. Yeni həyata başlasa da, köhnə cinayətlərini davam etdirib universitet tələbələrinə təcavüz etməyə və öldürməyə başladı, ancaq 1979-cu ilin fevralında işlətdiyi maşının oğurluq olduğu bilinərək tutuldu və yenidən Mayamiyə göndərildi. Qatil olduğu halda belə bəzi qadınlar sırf ona vurulduğu üçün məhkəmələrdə iştirak edirdilər. Hətta onun diqqətini cəlb etmək üçün özlərini onun köhnə sevgilisinə oxşatmağa çalışırdılar.





İkinci dəfə həbs edilərkən onun cinayətlərinin detallarını araşdırırdılar, ancaq bir cəsədin ayağında diş izi aşkarlaya bilmişdilər. Bundan xəbərdar olan Bundy öz dişlərini sındırmağa çalışdı, ancaq buna imkan vermədilər. Beləliklə, onun dişindən alınan izlərlə meyitdəki izlər tutuşdurulan zaman eyni olduğu bilindi və ona ömürlük həbs cəzası verildi. Bundy buna qarşı çıxdı. Yenidən məhkəməyə müraciət etdi və beləcə edamı 10 il gecikdi. Ölmədən öncə bir heyranı ilə evləndi və qızı oldu. 1989-cu ildə 2000 vot elektrik bədənindən keçirilərək edam edildi.

 

(Ailəsi)

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂