Məqaləmizdə sizə istifadəsi tövsiyə olunmayan maddələrdən – zəhərlərdən bəhs edəcəyik. Zəhərin yaxşısı, pisi olmaz amma təsirinə görə az-çox fərqlənirlər. 8 ölümcül maddə aşağıdakılardır…

  1. İlk sırada dimetil civədir. Yəqin ki, hamınız civənin adını ən azı bir dəfə eşitmisiniz, bu maddə həmin civənin fərqli bir birləşməsidir. O qədər zəhərlidir ki, bir damlasının yüzdə biri belə insanı ağrı ilə öldürməyə bəs edir. Dərikeçiciliyi çox olduğundan sizə dəydiyi anda zəhərlənə bilərsiniz. Dimetil civə lobratoriya əlcəklərindən belə dəriyə keçə biləcək qədər qəribə maddədir. Zəhərlənmə mədə ağrıları ilə başlayır, sonra şəxs danışıq qabiliyyətini itirir, ardınca sinir sistemini məhv edərək öldürür.


     


  2. Digər ölümcül zəhər isə raysındır (ingiliscə “ricin“). Qum dənəsindən daha azının insan bədəninə daxil olması ölümə səbəb olur. Qanda tapılması çox çətin olduğuna görə keçmişdə bir çox siyasi sui-qəsdlərdə bu zəhərdən istifadə edilmişdir.



  3. Sıradakı maddə Hindistanda yaşayan russell ilanın zəhəridir. Əslində bu ilan dünyanın ən zəhərli ilanı deyil, ancaq ən çox insanlar arasında yaşayan və hücum edən növüdür. Bu səbəbdən hər il Hindistanda bir çox insan öldürür. Russell-in zəhəri insan bədəninə keçdiyi anda qanda tez bir zamanda yayılır, bütün qan hüceyrələrini məhv edir. Daha sonra isə daxili orqanlar fəaliyyətini dayandırır. Həmin şəxsin sağ qalma ehtimalı çox azdır, yaşasa belə ömür boyu müalicə almalıdır.



  4. Karbon monoksid qazı (CO) ölkəmiz də daxil olmaqla dünyadakı zəhərlənmə hadisələrinin çoxunu səbəbidir. Əslində bu siyahıda yer alan digər zəhərlər qədər ölümcül deyil. Az miqdarda təsir etdikdə qalıcı bir zərər vermir, amma karbon monoksid dolu bir otaqda ölmək çox asandır. Qışda tez-tez xəbərlərdə eşitdiyimiz sobadan zəhərlənib ölmə hadisələri bu qazın təsirindəndir. Qoxusuz və rəngsiz olduğuna görə hiss olunmur, ancaq bu qazı aşkarlayan aparatla müəyyən oluna bilir.



  5. Son dərəcə güclü olan tetrodotoxinlə davam edirik. Sianiddən 1200 dəfə daha təsir edən bu zəhər fuqa balığında var. Qəribə olan budur ki, bu balıq yaponların ən sevdiyi yeməkdir. Bütün riskinə rəğmən fuganı dilimləyib çiy-çiy yeyirlər. Çox zəhərli olduğu üçün sadəcə mütəxəssisləşmiş özəl aşpazlar hazırlaya bilir. Tetrodotoxin insan bədəninə daxil olduğunda bütünlüklə iflic edir.



  6. Gəlib keçmiş ən güclü zəhərlərdən biri də polonium 210 adlı radioaktiv maddədir. O qədər güclüdür ki, bir qramı on milyon insanı öldürməyə və o qədərini də xəstə etməyə yetir. Bədənə daxil olduğu zaman yaydığı yüksək radiasiyaya görə həyati orqanları iflic edir. Sianiddən 250 milyard dəfə daha güclü olan bu maddə son illərdə bir çox siyasi cinayətlərdə istifadə edilmişdir. Antidotu (zəhərin qarşısını alan maddə) olmadığına görə zəhərlənən insanın ölümü gözləməkdən başqa yolu yoxdur.





  7. Siyahımızda indi də qəhvəyi keşiş hörümçəyinin zəhəridir. Amerika qitəsində yaşayan bu növ hörümçəklər tavan arasında, odunluqda ya da zirzəmi kimi yerlərdə yaşayırlar. Ayaqqabıların və paltarların içinə girməyi çox sevirlər. Bu səbəbdən də hər il bir çox insanı sancırlar. Parçalayıcı zəhər sancılan yeri çürüdür. Cərrahi müdaxilə ilə həmin hissənin bədəndən kəsilməsi lazım gəlir.




  8. Son sırada  insan tərəfindən hazırlanan zəhər var – VX qazı. İndiyə qədər istehsal olunmuş ən zəhərli maddə olduğu deyilir. Rəngsiz və iysiz olduğundan hiss edilmir. Bədənə daxil olan kimi öldürür. Daha qorxulusu budur ki, bu maddə kimyəvi silah məqsədi ilə hazırlanmışdır.



Bu maddələri tanıyıb uzaq olmağınızı məsləhət görürük… 🙂

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry