Burano’ya ( Venesiya, İtaliya ) atılan ilk addımdan etibarən gözlər qarşısında açılan günəşli və parlaq küçələr insana müsbət enerji verir. Bir və ya iki mərtəbəli, yüksək olmayan sadə memarlıq nümunələri, rəngarəng boyalarla boyanmış dar evlər insanı valeh edir.


Burano Venesiyanın şimalında yerləşən kiçik bir adadır. Әfsanələrə görə keçmiş zamanlardan bu adanın yerli əhalisinin əsas məşğuliyyəti balıqçılıq olmuşdur. İqlim şəraiti çox zaman dumanlı və sisli olan Burano adasının balıqçıları bu cür havalarda evlərini görməkdə çətinlik çəkirdilər. Məhz bu səbəbdən onlar evlərini rəngarəng və parlaq boyalarla boyayırdılar.




Bu ənənə hal-hazırda da davam etməkdədir. Lakin siz Burano’da yaşayır və evinizi boyatmaq istəyirsinizsə, ev üçün müəyyən etdiyiniz rəngi qeyd edərək sorğu hazırlayıb, hökumətdən icazə almalısınız.