Fransaya səyahət etdiyiniz zaman ediləcəklərin siyahısı

186

Əsrarəngiz mətbəx, valehedici təbiət, romantika, incəsənət və dəb.. Fransa bütün bunları özündə birləşdirən yeganə ölkədir. Fransada etmədən qayıtmamalı olduğumuz daha nələr var? Qeyd edin!

Günə kruassan və qəhvə ilə başlayın

Səhər yeməyini daha doyumlu etmək üçün isti baqet, kərə yağı, bal və mürəbbə ilə süfrənizi zənginləşdirə bilərsiniz. Mənzərəni Eiffel qülləsi tamamlayarsa, nə əla! Özünüzü romantik bir filmin qəhrəmanı kimi hiss etməyinizə heç nə maneə olmayacaq.

Bon Appétit!



Provansın Lavanda çəmənliyində fotosessiya edin

Provans Fransanın ən gözəl regionu sayılır. Axı burada möhtəşəm lavanda çəmənliyi var. Buranı yay aylarında ziyarət etmiş olsanız lavandanın zərif qoxusu və inanılmaz mənzərədən zövq ala bilərsiniz. Xatirə olaraq özünüzlə mütləq lavanda balı və qudurulmuş lavanda budaqlarını aparmağı unutmayın.



Qəsr-ada Le Mont Saint Micheli ziyarət edin

Və bununla kifayyətlənməyin. Müxtəlif əsrlərə və müxtəlif memarlıq üslublarına məxsus Villandry, Chambord, Chenonceaux və Amboise qəsrlərini mütləq ziyarət edin.



Mona Lizanı ilə görüşün

5 mətrəbə, 35 000 eksponat orada sizi gözləyir. İncəsənət həvəskarısınızsa, bu zövqü özünüzə yaşatmadan Fransadan qayıtmayın! Yeri gəlmişkən, həftə sonları Fransanın bütün muzeylərinə giriş sərbəsdir.



Zəfər tağının qürurlu duruşunu seyr edin

Zəfər tağına daxil olmaq üçün isə €9.50 məbləğində bilet almalısınız. Dəyərmi? Əlbəttə ki, dəyər! Burada görəcəyiniz mənzərəni heç vaxt unutmayacaqsınız.



Notre-Dame de Paris görmədən getməyin

Kilsə eyni adlı myuzikl işiq üzü görənnən sonra şöhrətinin üzərinə şöhrət gəldi. Onu mütləq görməlisiniz!



Ən az 10 növ pendirin və milli mətbəxin dadına baxın

400 növ pendirə ev sahibliyi edən ölkədə ən az 10 pendirin dadına baxmasanız ayıb olar. Fransanın milli mətbəxinin isə tərifə ehtiyacı yoxdur. Mətbəx mətbəx deyil, əsl incəsənətdir!



Günəş çıxan zaman Paris binalarının damına çıxın

Bəli, bəli. Yanınıza şərab və qədəh də alın. Hüzurun dadına burada baxa biləcəksiniz.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi:

Onesignal