Gənc Turkcellin 2009-cu ildə keçirdiyi kampaniyanı bir çoxlarınız unutmamış olmalıdır. Bu kampaniya çərçivəsində gənclərin etməli olduğu 100 tapşırıq verilmişdi. Bəziləri çətin, bəziləri təhlükəli, bəziləri əxlaqdan kənar və hətta bəziləri təhlükəli idi. Bu səbəbdən də onların hamısını yerinə yetirmək məntiqə sığmırdı, amma… bəziləri olduqca əyləncəli idi!

Bildirchin.az 100 tapşırıqdan 17-sini sizinlə paylaşır:

  1. Bütün avtobus sərnişinlərinə xitab edərək qəzet oxu.

  2. Yolda yanında keçən bir nəfərə “Eyni şəhərdə yaşayırıq, niyə tanış deyilik?” de və özünü təqdim et.

  3. Avtostop edərək qarşında olan 10 maşına yaxınlaş və diqqətli sürmələrini xahiş et və maşına minmə.

  4. Qızsansa saçını bərbərdə, oğlansansa saçını solunda kəsdir.

  5. İcitmai nəqliyyatda insanlardan saatı soruş və saatı dala və ya qabağa olanlara xəbərdarlıq edərək, “Saatları Qurma İnstitutundan” gəldiyini de.

  6. Əlinə kiçik bir tort al və yoldan keçənləri ad günləri münasibəti ilə təbrik et.

  7. Dostuna 10 şar al və tam da ona verəcəyin an şarları havaya uçur.

  8. İctimayi nəqliyyata minib, “Qabaqdaki taksini izləyə bilərsənmi?” deyə soruş.

  9. Mebel mağazasına daxil olub, saatını qur və çarpayılardan birinə uzan. Satış təmsilçisinə isə “Bu çarpayını almağım üçün yatıb, onun rahatlığını yoxlamalıyam” de.

  10. Sinemaya əlində DVD ilə get və nümayəndələrə öz filmini çəkdiyini və dostlarınla o filmə baxmaq istədiyini de. Təkid et, biletin ödənişini edəcəyini de.

  11. Əlində bir çiçək buketi və şokolad ilə geyim mağazasına daxil ol. Manikenə aşiq olduğunu və onu satış menecerlərindən istəməyə gəldiyini de.

  12. Taksiyə min və Afinaya getmək istədiyini de. Vizasının olub-olmadığını soruş.

  13. Restoranda yeməyin yalnız yarısını yeyib, hesabın yalnız yarısını ödəyəcəyini de.

  14. AVM-lərin nümayəndələrinə orada yerləşən nəhəng ekranlarında Playstation oynamaq istədiyini de.

  15. Avtovağzalda tanımadığın insanların dalıyca su tök, çatanda zəng etmələrini istə.

  16. Yoldan keçənlərə öz şəklini göstər və bu insanı buralarda görüb görmədiklərini soruş.

  17. Turisti hava limanında onu məşhur futbolçu ilə səhv salırmışsan kimi qarşıla.

  18. Öz maddəni əlavə et.
Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry