22 fevral (2018) tarixində “Gucci” markası Milan Moda Həftəsində yeni qış kolleksiyasını nümayiş etdirdi. Podium əməliyyat palatası kimi qurulmuş, aksesuar olaraq isə modellərin başları, əjdahalar, kərtənkələlər və ilanlardan istifadə olunmuşdur. Guccinin yaradıcı direktoru Alessandro Michele demişdir: «İşimiz bir növ cərrahiyyə əməliyyatıdır: kəsirik, tikirik və əməliyyat masasında eksperimentlər aparırıq.»


Əlbəttə ki, bu performans Sosial Media istifadəçiləri tərəfindən böyük maraqla qarşılanmış və yeni #GucciChallenge fleshmobunun yaranmasına təkan olmuşdur. İştirakçılar nə edir? Performansı dostlarının köməyi ilə təkrarlamağa çalışır.