Bankda bir hesab sahibi olduğunu düşün,hesabına hər gün 86400 manat pul qoyurlar amma bu pulun hamısını axşamadək xərcləməlisən. Pulun qalığı o biri günə saxlanıla bilməz. Pulu xərcləsən də xərcləməsən də hesab hər axşam sıfırlanır. Nə edərsən? Əlbəttə ki hamımız xərcləməyə çalışarıq. Hamımız ZAMAN adlı bu bankın müştəriləriyik.

Hər səhər 86400 saniyəyə sahib oluruq və bu sabaha saxlanıla bilməz. Hər sabah hesabımız dolar, axşamsa boşalar. Geri dönüş yoxdur, bu anı yaşayaraq xərclə, ən yaxşısı həyatını mənalı yaşa. Xoşbəxtlik, sağlamlıq və qələbə üçün. Hər gün ən yaxşısını et.

Bir ilin dəyərini sinifdə qalmış şagirddən soruş.
Bir ayın dəyərini 8aylıq bir uşaq dünyaya gətirən anadan soruş.
Bir həftənin dəyərini həftəlik jurnal çap edən redaktordan soruş.
Bir saatın dəyərini qovuşmağı gözləyən sevgililərdən soruş.
Bir dəqiqənin dəyərini qatara gecikən sərnişindən soruş.
Bir saniyənin dəyərini avtomobil qəzasından qurtula bilməyən sürücüdən soruş…
Bir saniyənin yüzdə birinin dəyərini bilmək üçün olimpiyadada sürətli qaçışda gümüş medal almış idmançıdan soruş.

Allah insanlara zamanı dəyərləndirmək üçün verir. Unutma, artıq geridə qalan zaman bir tarixdir, gələcək isə sirli məchullarla doludur.

Zamanını dəyərləndir və Allahın buyurduğu kimi yaşa…o zaman hər şey öz yolu ilə gedəcəkdir.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂