Krasnodarda yaşayan Dmitri Bakşeyev və Natalya Bakşeyeva silsilə qətllərin müəllifi olmaqla yanaşı, həm də qurbanlarını yeyirdilər. Onların həyatı və cinayətləri haqqında tükürpədici faktları sizinlə paylaşırıq.

Dmitri 1982-ci ildə anadan olub, Natalya isə 1975-ci ildə dünyaya göz açmışdı. Natalya bir müddət Krasnodar Ali Hərbi Aviasiya Məktəbinin sanitariya şöbəsində baş tibb bacısı kimi çalışsa da, xroniki alkoqolizm səbəbindən işdən çıxarıldı. Dmitri isə həyatını soyğunçuluq və avtomobil oğurluğu ilə məşğul olmaqla keçirirdi. Həmçinin, təmirçi və fəhlə kimi çalışırdı. Onlar 2012-ci ildən bəri bir məktəb yataqxanasında yaşayırdılar, otaq Natalyanın əvvəlki həyat yoldaşından miras qalmışdı.

Baxşeyevlərin cinayətləri təsadüfən aşkar edildi. Dmitri mobil telefonunu itirdi, orada hissələrə bölünmüş, kəsilmiş insan şəkilləri vardı. Telefonu tapan şəxslər polisə təhvil vermişdi, polislər üçün Dmitrini tapmaq elə də çətin olmadı. Ancaq dindirmə zamanı o, şəkillərdə olan insan parçalarını kolların içindən tapdığını iddia edirdi, lakin sonradan bir qadını öldürdüyünü etiraf etdi.

İstintaqlar zamanı məlum oldu ki, onların qurbanı Krasnodar sakini 1982-ci il təvəllüdlü Yelena Vaxruşevadır. Cinayət sentyabr ayında Natalya ilə Yelena arasında mübahisə yarananda baş verib. Dmitri qadını ölüdürüb, həyat yoldaşı Natalya isə ona kömək edib. Onlar cəsədi parçalayaraq müəyyən hissələrini evdə saxlayıb, digər hissələrini isə atıblar.

Cütlüyün evində araşdırma aparılanda duzlu məhlulda saxlanılmış insan bədəninin hissələri müstəntiqləri şoka salıb. Evdə naməlum mənşəli qida və dondurulmuş ət hissələri də tapılıb. Evin zirzəmisində və yaxın ərazidə mərhumun cəsədinin qalıqları aşkar edilərək götürülüb, yemək və donmuş ət parçaları da ekspertizaya göndərilib.

Ekspertiza cavabları açıqlanan zaman bütün bədən hissələrinin bir şəxsə aid olduğu deyilsə də, xarici mətbuatda yayılan xəbərlərə və gəzən şayiələrə görə onların 30 qətl hadisəsində iştirak etdiyi deyilirdi. Mənzildə 19 ədəd insan dərisi, 7 bədən hissəsi və konservləşdirilmiş insan ətləri tapılması haqqında məlumatlar da mediada dolaşırdı.

Aşağıdakı şəkillərdə Baxşeyevlərin evinə və tapılan sübutlara baxa bilərsiniz.

Konservləşdirilmiş naməlum ət

Yeni ildə şam yeməyində portağallarla əhatə olunmuş insan başı

Qatillərin yaşadığı mənzilin daxili görüntüsü

Həyətdə tapılan qurbanın başı

Qatillərin ailəvi fotosu (sağdakı iki şəxs)