Heyvanları, təbiətin təbiiliyini sevirsiniz? O zaman diqqətiniz məqaləmizdə olsun. Budəfəki səyahət siyahımızda heyvansevərlərin getməli olduğu məkanları topladıq. 🙂
Çianq May, Tayland
Bura Taylandın ən çox sıxlıq və məbədi olan şəhəridir. İl ərzində minlərlə heyvansevər tərəfindən ziyarət edilir. Şəhərin bir çox yerində yerləşən fil düşərgələri sayəsində fillər haqqında məlumatlar ala bilər, onlarla zaman keçirə əldə edərsiniz. Təbii yaşayış məskənlərində flaminqo, zürafə və kərgədan kimi heyvanları görməyiniz mümkündür.
Piaui, Braziliya
Tropik səhraları və yağışlı meşələri ilə məşhur Braziliya eyni zamanda heyvansevərlərin də baş çəkdiyi yerdir. Ölkənin dörd bir yanında müxtəlif növ heyvanlar görmək mümkündür. Ən yaddaqalanı isə aslan meymunlarıdır.
Kruger Milli Parkı, CAR
Kruger Parkı sadəcə heyvanları ilə deyil, tarixi və arxeoloji qalıqları ilə də tanınır. Burada vəhşi heyvanlar çox böyük yaşayış sahəsi ilə təmin olunub. UNESCO tərəfindən İnsan və Biosfer Qoruğu kimi bilinən park heyvansevərlərin və elm adamlarının üstünlük verdiyi biridir.
Sidney, Avstraliya
Səssiz yerləri bəyənən və olduqca maraqlı vaxt keçirmək istəyənlər üçün Sidney ideal məkandır. Burada heyvanların müxtəlifliyindən zövq alacaqsınız. Bölgəyə xas kenqurular gülməli davranışları ilə sizə əyləncəli anlar yaşadacaq.
Qalapaqos adaları, Ekvador
Gözdən uzaq, təbiətlə baş-başa qalacağınız, heyranlıqla gəzəcəyiniz Qalapaqos adaları təbii gözəlliyi ilə ağlınızı başınızdan alacaq. Burada müxtəlif növ quşlar, sürünənlər və dəniz heyvanları ilə qarşılaşa bilərsiniz.
Serenqeti Milli Parkı, Tanzaniya
Quruda yaşayan bir çox heyvanın köç etdiyi bölgə sayılır. Serenqeti Parkının səmasında yüzlərlə fərqli quş növü, yerdə isə təhlükəli şirlərlə qarşılaşa bilərsiniz.