Dünyada keçirdiyimiz əvəzedilməz vaxtların ləzzətini almaq üçün Ichigo Ichie bütün diqqət və qayğınızı bu ana dəvət edir. Keçmişin peşmanlıqlarından və gələcəyin qayğılarından təmizlənmək üçün bu anın fərqində olub, daha dolu və daha xoşbəxt yaşamağın sirrini verən Ichigo Ichie nədir? 10 maddədə bu fəlsəfəni yaxından öyrənək.
Xüsusi anları təxirə salmayın.
Hər fürsət sadəcə bir dəfə var olur. Fürsətin varkən onu qucaqla, yoxsa sonsuza qədər itirəcəksən. Həyat təkcə bir sual verir: İndi, yoxsa heç vaxt?
İndidə yaşa.
Keçmişə və gələcəyə etdiyimiz səyahətlər əsasən ürək sıxan olur və heç bir işə yaramır. Keçmişdə yaşadıqlarını dəyişdirə bilməzsən, gələcəkdə isə nə yaşanacağını bilə bilməzsən, amma indi baş verən hər şey səndən asılıdır.
Daha əvvəl heç etmədiyin bir şey et.
Eynşteynin də dediyi kimi “Dəlilik: Eyni şeyləri təkrar-təkrar edib fərqli nəticələr gözləməkdir.” Unudulmaz anları yaşamağın bir digər yolu isə özünü tamamilə bu ana həsr etmək və içində bir çiçəyin açmasına icazə verməkdir.
Meditasiya et.
Sadəcə otur və ətrafındakı möcüzələri müşahidə et. Gündəlik həyatın tələskənliyindən və yorğunlğundan bir addım uzaqlaşmaq hamıya yaxşı təsir edir.
5 duyğunla “an”-da qal.
Özünü dinləmək, izləmək, toxunmaq, dadmaq və iyləmək mövzusunda inkişaf etdir, hisslərini zənginləşdir. Bu şəkildə başqaları haqqında olan fərqindəliyin və empati duyğunun gücü artacaq.
Təsadüfləri gör.
Təsadüf dediyimiz hadisələrin fərqində olmaq, kainatın bizə yolladığı mesajları daha rahat anlamağımıza kömək edir. “An”ları qeyd etdiyin bir gündəlik tut, bu həqiqətin görünməz izlərini görməyinə kömək edəcək.
Hər bir görüşü bir parti halına gətir.
Füsunkar şeylər yaşamaq üçün doğru şərtləri gözləmə. Doğru bir perspektivlə hər günü füsunkar edə bilərsən.
Vəziyyətdən xoşbəxt deyilsənsə, yeni bir şey sına.
İnsanlar təbiəti hər zaman dəyişir və dəyişdirir. İçində yaşadığın vəziyyətdən razı deyilsənsə, reallıqdan şikayət edirsənsə, yenisini yarat.
Özəl anlarının arxasınca ol.
Hər nə edirsənsə, et, özəl anların içində olsan, o anlar daha da çoxalacaq.
Sadəcə bir dəfə yaşadığını unutma.
Həyatdakı hər şeyin sadəcə bir dəfə yaşandığını unutma. Sevdiyin insanlara bir dəfə salam və bir dəfə sağ ol demə şansın olur.