İlk e-poçt provayderinin kimliyini müəyyənləşdirmək bir balaca çətin məsələdir. E-poçtun amorf bir başlanğıcı var:  fayl sistemindən bizə tanış olan indiki halına  təkamül edib.

 Elektron poçtun tərifindən asılı olaraq ilk e-poçt provayderinin tarixi 1965-ci ilə gedib çıxır.

 Müasir e-poçtun sələfi, hesablama texnikasının inkişafının ilk illərində təbii olaraq ortaya çıxıb. Belə ki, eyni işçi stansiyada çalışan istifadəçilər öz fərdi direktoriyalarında özlərinin müxtəlif işçi fayllarını saxlayırdılar.

 Və bu istifadəçilərin öz həmkarlarına ismarış yazıb onların direktoriyalarında saxlamaq imkanları var idi. Sistemə növbəti dəfə daxil olan istifadəçilər də bu ismarışları görüb oxuyurdular.

 Müasir elektron poçt xidmətlərindən fərqlənsə də, bu az da olsa elektronik poçt növündən sayılırdı. Bir çox halda bu, birinə məktub yollamaq üçün poçta müraciət etməkdənsə, bu məktubu birbaşa həmin adamın qapısının ağzına buraxmaq kimi bir şey idi. Bu baxımdan ilk e-poçt provayderləri Masaçusets Texnologiya İnstitunda (MİT) 1965-ci ildə fəaliyyət göstərməyə başlamışdılar. Bu xidmət kifayət qədər sadə – MAILBOX adlanırdı.

 1970-lərin əvvəlində kompüterlər çox az inkişaf etmişdilər. Buna baxmayaraq bir-birindən təcrid olunmuş işçi stansiyarda çalışan və bir-biri ilə danışmaq imkanı olmayan istifadəçilər artıq kompüterlər arası yazışmaq imkanı əldə etmişdilər. Həm də yeni sistemdə ismarışların hansı kompüterdə olduğunu identifikasiya etmək mümkün idi. Bu yenilik sadə ünvanlama sisteminin tətbiq edilməsini zəruri etdi. 1972-ci ildə müasir internetin atası hesab edilən ARPANET-in əməkdaşı Ray Tomlinson müasir elektron poçt xidmətinə çox yaxın olan bir sistemi təqdim etdi. 

 Tomlinson, istifadəçi adı ilə host kompüterin adı arasında @ işarəsinin istifadə edilməsinə qərar verdi. Bu şəkildə şəbəkədə olan istifadəçi, ad@komputer şəklində ünvanlaşdırıla bildi.  Bu metod gələcək adına inqilabi yanaşma oldu. ARPANET şəbəkəsinin istifadəçiləri olan hərbiçilər üçün e-poçt xidməti əvəzedilməz bir vasitəyə çevrildi.  Bu vasitənin əvəzolunmazlığını həm də sivil vətəndaşlara da aid etmək olardı. Buna sübut kimi sadəcə onu qeyd etmək olar ki, 1975-ci ildə e-poçt xidmətinin hesabına ARPANET-in trafiki 75 %-dən çox artdı. Hətta bu vəziyyət insanları ciddi şəkildə ARPANET-in potensialı haqda düşündürməyə başladı.

 Növbəti onilliklərdə bir sıra yeniliklər və inkişaf qeydə alınsa da e-poçt xidməti mahiyyətcə öz sadəliyini qoruyub saxlaya bildi. Əvvəllər elektron məktubları almaq (oxumaq) üçün mütləq qarşı tərəf (göndərən) də online (xətdə) olmalı idisə, artıq 1988-ci ildən etibarən bu məhdudiyyət aradan qalxdı. Eudora və Pegasus Mail belə provayderlərin ilklərindəndir. 

 WWW işıq üzü görəndən sonra elektron məktubların göndərilməsi və alınması üçün sadəcə kənar proqramlardan deyil, həm də web üzərindəki xidmətlərdən də istifadə etmək imkanı meydana gəldi. Microsoft şirkətinin 1996-cı ildə təqdim etdiyi Hotmail (indiki Outlook) xidməti bu sahədə ilk belə xidmət sayılır. Bundan sonra Excite və Yahoo e-poçt xidmətləri də işıq üzü gördü. 2004-cü ildə isə Google şirkəti də öz elektron poçt xidməti (Gmail) ilə bazara daxil oldu. Google-un yenilikləri isə ondan ibarət oldu ki, istifadəçilərə daha çox həcmdə poçt qutusu, sürətli axtarış və digər AJAX-influenced interfeyslər təqdim edildi. Google-dan sonra digər provayderlər də öz xidmətlərində bir sıra oxşar yeniliklər etdilər. 

 
Müəllif: Brendan McGuigan  
© Copyright 2003-2013 Conjecture Corporation