Hər bir ailədə uşağın dünyaya gəlişi xüsusi xoşbəxtlik gətirir. Valideyn olmaq məsuliyyətini dərk etmək və o hisslərini ən gözəl şəkildə yaşamaq lazımdır. 🙂 Körpələr haqqında çox insan bəzi biliklərə sahibdir, biz sizə geniş şəkildə ən maraqlı faktları topladıq.


  • Yeni doğulmuş körpənin baş çəkisi onun ümumi çəkisinin dörddə biri qədərdir. Böyük baş və kiçik bədən – körpələrə aid olan xüsusiyyətdir və tamamilə normaldır.

  • Körpələr qıdıqlanmanı 6 ayından etibarən hiss eləməyə başlayırlar.

  • 3 yaşa kimi körpələr özlərini yuxuda görmürlər.

  • Yeni doğulmuş körpənin beyni 14 milyard hüceyrədən ibarətdir, lakin onların sayı artmır, əksinə azalır. 25 yaşından sonra hər gün insan 100 min neyronlarla vidalaşır.

  • 1,5-2 yaşlarında körpələr öz yetkin boylarının yarısına çatırlar.

  • Körpənin göz ölçüsü ömür boyu eyni qalır.

  • Həyatının ilk iki ilində körpə 150 kilometr məsafə qət edir.

  • Həyatının ilk ilində körpənin bədəni 145 litr tüpürcək ifraz edir.

  • Körpənizin solaxay olub-olmadığını 1-2 yaşında müəyyən oluna bilir.

  • Yeni doğulmuş körpənin skeletində 300-dən artıq sümük var. Zamanla, onlardan bəziləri birləşərək daha iri sümüklər əmələ gətirir. Böyük insanın sümkülərinin orta sayı isə 206-dir




  • Yeni doğulmuş körpələr öz analarının intonasiyası ilə ağlayırlar.

  • Yeni doğulmuş körpələr qırmızı və yaşıl rəngləri ayıra bilmirlər, mavi rəngi isə heç görmürlər.

  • Körpələr diz qapaqları olmadan doğulurlar.

  • Körpələr eyni zamanda nəfəs ala və udquna bilirlər. Bu xüsusiyyət qırtlaq aşağı endiyi üçün 9 aya yaxın yox olur.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry