Bildirchin Posts
Bildirchin Posts
Developer: Bildirchin Group
Price: Free

Yəqin ki, hər birimizin onun rol aldığı bəyəndiyimiz filmi var. Çox fərqli janrlarda məharətlə rollarını canlandıran DiCaprio çox gec Oskar alsa da, bir çoxumuzun sevimli aktyorudur. 2016-cı ildə Oskar qazanan Leo güclü aktyor olmağını bir daha bizlərə sübut etdi!

11 noyabr 1974-cü ildə ABŞ-da dünyaya gəldi. Atası Corc DiKaprio yumor növündəki kitabların distrübütörü, anası İrmelin Indenbirken isə uşaqlıq illərində Oer-Erkenschwick, Almaniya əsilli Amerikaya yerləşmiş bir ailənin qızı idi. DiKaprio hələ bir yaşındaykən ana atası boşandı və vəlayəti anasına verildi. Bir süd markası üçün kamera qarşısında keçdiyində DiKaprio 5 yaşında idi. Məharətli aktyorun haqqında bilmədiyimiz daha başqa faktlar da var.

Leonardonun adı məşhur rəssam Leonardo Da Vincinin şərəfinə qoyulmuşdur. Anası ona hamiləykən müzeyə gedir və Da Vincinin rəsminə baxan zaman o ilk dəfə anasının bətnində tərpənir. Beləliklə də adı Leonardo olur.


Blood Diamond” filminin çəkimləri zamanı Leo bir balaca qızı övladlığa götürüb. Onlar birlikdə yaşamırlar, ancaq DiCaprio ona aylıq pul göndərir və ənənəvi telefonla danışmaq günlərində qızı ilə söhbətləşir.


Aktyor çox qadınlarla görüşsə də, heç vaxt evli olmayıb.

Beliza sahillərində adaya sahib olan aktyor dənizi çox sevir. Müxtəlif su idmanları ilə məşğuldur. Bir neçə dəfə ölümlə üz üzə qalmış Leo, yenə də təhlükəli işlərindən əl çəkmir. Köpək balığının hücumuna belə məruz qalmışdır.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂