Dünyanın ən gənc milyarderlərindən və “Facebook”un yaradıcısı olaraq tanınan Mark Zukerbergin də kitablarla arası yaxşıdır. Uğurlu CEO-nun tövsiyə etdiyi 5 kitab bunlardır.

1) Homo Sapiens – Heyvanlardan Tanrılara (Yuval Noah Harari)
Bu kitab adından da göründüyü kimi insanlıq tarixinin necə bu günə qədər gəlib çıxmasından bəhs edir. Zukerberg, “Sapiensi oxuduğum zaman, insan keçmişi ilə əlaqəli məlumatlar əldə etdim” dedi və Facebook səhifəsində paylaşdı: “Sapiensin yazarı Harari, genetika mühəndisliyinin və süni zəkanın “insan” anlayışını daha axıcı hala gətirir”

2) On Immunity – (Eula Biss)
Bu kitab bəzi insanların peyvəndi sorğulama səbəblərini araşdırır. Məntiqi olaraq şübhələrin niyə əsassız olduğunu bildirir və peyvəndlərin əslində təsirli və güvənli olduğunu açıqlayır.

3) Bilimsel Devrimlerin Yapısı – (Thomas S. Kuhn)
İlk dəfə 1962-ci ildə yayımlanan kitab, elm yazısı tarixində önəmli bir əsərdir. Bu kitab, araşdırma sahəsindəki irəliləyişlər haqqında yeni bir düşüncə forması təklif edir. Zukerberg deyir ki, elm və texnologiyanın irəliləməsində ictimai güclərin marağını bizə təqdim edir.

4) Genom – (Matt Ridley)
Zukerbergin tövsiyyə etdiyi bu kitab, yaxın tarixin ən önəmli kəşflərini izləyir. Bu kəşf insan genomunun xəritələndirilməsidir. Genlərin öyrənilməsi, hansı genlərin hansı xəstəliklərə daha meyilli olduğunu öyrənməyə kömək edəcəkdir.

5) Sonsuzluğun başlanğıcı – (David Deutsch)
Bu kitab, dünyada ortaya çıxmağı gözləyən bir çox şeyin hələ də gizli qaldığını vurğulayır. Sonsuzluğun, incəsənət, elm və siyasət kimi bir mövzuda insanların ediləcək elmi metod və araşdırmaları istifadə edə biləcəyini düşünür.

Məlumat sizə necə təsir bağışladı?
Like
Love
Haha
Wow
Sad
Angry
You have reacted on "Mark Zukerberg-dən 5 kitab tövsiyəsi" A few seconds ago