Juan Panesso uzun illər siqar biznesində yetərincə qəribə sifarişlər almışdır, lakin online magazada belə bir sifariş ilk dəfə baş verirdi.

Amerika Birləşmiş Ştatları xaricində yaşayan xüsusi kollektor, amerikan mağazasına hər biri 750 dollara başa gələn nadir siqar sifariş etmişdir və sonra xahiş etmişdir ki onun üçün dünyanın ən böyük 6 metrlik siqarasını hazırlasın.

Unikal məhsula istifadə edilən tütün 25.000 ədəd adi siqara kifayət edərdi. Bu arada sifariş kollektora 185.000 dollara başa gəlmişdir.