Müharibə mövzusunda ən təsirli 10 film

0
705

Müharibə hər dövrün ən dəhşətli hadisəsidir. Hal-hazırda bir çox ölkələr müharibə şəraitindədir. Bu mövzu o qədər təsirlidir ki, bir müharibə haqqında onlarla kitablar yazılır, filmlər çəkilir. Sizə araşdırdığımız, izlədiyimiz ən yaxşı və təsirli 10 filmi təqdim edirik. 🙂

  1. The Pianist Müharibə haqqında çəkilmiş ən yaxşı filmlər sırasında birinci qeyd etməyimin çox səbəbləri var. IMDB balı 8.5 olan bu kino II Dünya Müharibəsi haqqındadır. Film həm də 3 nominasiya üzrə “Oskar” almışdır. Rejissor Roman Polanskinin “Pianoçu”su Holokostdan dözümlülük və bəxtinin gətirməsi sayəsində sağ çıxmış Polşa yəhudisi, klassik musiqi ifaçısının həyatından bəhs edir. Adrien Brody Pianist filminə hazırlaşarkən evini və maşınını satmış 1 ay kimsəsiz tək yaşamışdır. Aktyor bu yolla hər şeyini itirmiş insanı başa düşmək istədiyini söyləmişdir.

  2. The Boy in the Striped Pyjamas Bu film yüksək büdcəli olmasa da, onun güclü tərəfi var. Bu, iki alman və yəhudi oğlanın dostluğu haqqındadır. Onları müxtəlif mədəniyyətlər, müxtəlif həyatlar, müxtəlif talelər və tikanlı məftillər ayırır. Bu film də II Dünya Müharibəsində yaşananlardan bəhs edir. John Boyne-un dünya səviyyəsində gözəl fikirlər alan eyni adlı romanı əsasında çəkilmiş film, tarixin ağrıyla dolu xatirəsini kiçik bir uşağın gözündən xatırladaraq, təqsirsizlik və insanlıq dəhşətini zərif bir dillə ağ pərdəyə əks etdirir.

  3. Gone with the Wind Azərbaycanca tərcümədən “Küləklə sovrulanlar” adlanan bu film ABŞ-da Vətəndaş müharibəsindən bəhs edir. Viktor Fleminqin rejissorluğu ilə Marqaret Mitçellin eyni adlı romanı əsasında çəkilmişdir. Özündə sevgini, müharibəni birləşdirən dram janrında olan möhtəşəm filmdir. IMDB balı isə 8.2-dir.

  4. Generation War Üç hissədən ibarət olan bu mini-serial da II Dünya Müharibəsi haqqında çəkilmişdir. Filmin son hissəsi 2013-cü ildə Philipp Kadelbach tərəfindən ekranlaşdırılmışdır. IMDB balı 8.5-dir.

  5. 13 Minutes 1939-cu ilin noyabrında Adolf Hitlerə sui-qəsd hazırlayan Georg Elser adlı şəxsin bioqrafiyası əsasında çəkilmişdir. Bildiyiniz kimi bu sui-qəsd uğursuz olmuşdur. Əgər onun 13 dəqiqəsi olsaydı dünyanın tarixi dəyişərdi. Ancaq bu baş vermədi, bunun nə səbəbdən olduğunu isə filmi izləyərkən siz də biləcəksiniz. Tamaşaçısına həyəcan yaşadan tarixi və bioqrafik kinolardan biridir.

  6. Battle for Sevastopol II Dünya Müharibəsi haqqında çəkilən daha bir möhtəşəm film. Bu dəfə siz müharibəni rusların gözü ilə görəcəksiniz. Döyüş əsnasında 309 Alman əsgərini öldürürərək tarixin ən müvəffəqiyyətli qadın iti nişançısı olaraq qəbul edilmiş Lyudmila Pavlichenkonun həyatından bəhs edən ekran əsəri sizi uzun müddət öz təsirində saxlayacaq. Sergey Mokritskiy rejissoru olduğu bu ekran əsəri romantik, dram və bioqrafik janrlardadır. P.S Filmin özü qədər gözəl soundtrack-ləri də var.

  7. Fury David Ayerin rejissoru olduğu bu film 2014-cü ildə nümayiş olunmuşdur. Baş rolda Brad Pitt-in iştirak etdiyi II Dünya Müharibəsinə aid olan kinolardan biri sayılır. Bu filmdə  həqiqi Tiger I tankı istifadə edilmişdir. Film eyni zamanda İngiltərədəki Bovington tank muzeyində o dövrdən qalan və işlək halda tək tank olan Tiger 131 də istifadə edilmişdir. IMDB balı 7.6-dır

  8. Turtles Can Fly  Kürd əsilli iranlı rejissor Bəhman Qobadinin rejissorluq etdiyi “Tısbağalar da uçar” real insanların yaşadığı gerçək əhvalatı əks etdirən filmdir. Filmdəki hadisələr İraq-Türkiyə sərhəddində yerləşən kiçik bir kənddə cərəyan edir. Böyükdən-kiçiyə hər kəs ABŞ-İraq müharibəsinin sonunu gözləyir. Filmin əsas qəhrəmanları uşaqlardı. Ata-analarını, yaxınlarını itirən bu kimsəsiz uşaqlar minalanmış sahələri təmizləyib pul qazanmaqla dolanırlar. Bu filmə baxıb təsirlənməmək mümkünsüzdür, ancaq bu sizi ağlatmaq üçün deyil sadəcə reallıqların ekranlaşdırılmasıdır. Filmin IMDB balı 8.2-dir.

  9. The Messenger – Rejissoru Oren Moverman olan filmin süjet xətti Amerika əsgərinin həyatından bəhs edir. 2009-cu ildə tamaşaçılara təqdim olun bu filmin IMDB üzrə balı 7.2 olaraq qiymətləndirilmişdir. Romantik, müharibə və dram janrındadır.

  10. Schindler’s List – 1993-cü ildə rejissor Steven Spielberg tərəfindən çəkilmiş film II Dünya Müharibəsi haqqındadır. Bu mövzulu filmlər sırasında dünya üzrə 7-ci yerdədir. Faşist Almanyasında təşəbbüskar bir alman Oskar Şindler, hərbi üçün metal qablar istehsal edən bir fabrik qurur və bu iş üçün sərmayəni və iş gücünü Yəhudilər üzərindən təmin edir. İrəliləyən zamanda Yəhudilərin gördüyü təzyiqə tab gətirə bilməyən Schindler, onları qurtarmaq üçün uzun bir siyahı hazırlayır. ** Bu filmin çəkilməsi və tarixi haqqında çox maraqlı faktlar var. Sizi onlarla gələn yazılarımızda tanış edəcəyik. 🙂

Filmləri izlədikdən sonra fikirlərinizi bildirməyi unutmayın. Xoş seyrlər! 🙂

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: