Ayaq-ayaq üstünə atmaq, orfoqrafik səhvlərdən ibarət bir tərcümeyi-hal, yeni bir iş görüşməsində diqqət etməli olduğunuz vəziyyətlərdir. İş görüşməsi əsnasında qeydlər aparmaq olduqca əhəmiyyətlidir, amma ümumiyyətlə biz bunu gözardı edirik. İşə götürən, ön görüş ilə sizin işə uyğun olub olmadığınızı, yaradıcılığınızı, zəkanınızı müəyyən etməyə çalışır. Qarşınızda belə bir imtahan varkən nə söylədiyinizlə bərabər necə söylədiyiniz, səs tonunuz və bədən diliniz çox əhəmiyyətlidir. Ona görə bu postumuzda müsahibə zamanı istifadə olunmamalı 13 ifadəni topladıq.
Gərgin – Həyəcanlı olduğunuz üçün gərgin dayanmanız özünüzə olan inamın əskikliyindən qaynaqlanır və bu işəgötürən üçün axtarılan bir xüsusiyyət deyil. Özünüzə güvənməsəniz belə bunu qarşınızdakına əks etdirməməyə çalışın, gərgin olduğunuzu söyləməyin. Bəzən dürüstlük yaxşı siyasət deyil.
Pul, Maaş, Ödəmə, Kompensasiya – İş görüşməsində, işdən kənar pul kimi mövzularda danışmayın. İşəgötürənlər üçün əhəmiyyətli olan işlə əlaqədar missiyanızdır. Bu mövzular, yeri gəldiyi zaman onsuz da gündəmə gətiriləcək şeylərdir.
Zəif İstiqamətlər və ya səhvlər – Sizdən ən zəif cəhətlərinizi soruşmadan siz qorxularınızdan və ya zəif tərəflərinizdən bəhs etməyin. Keçmiş işlərinizdəki səhvlərdən bəhs etmək yerinə, nələri daha yaxşı edə bildiyinizdən bəhs edin.
Ehtiyaclar – Ehtiyaclarınızla əlaqədar mövzulardan bəhs etməyin. İşəgötürənlərin ehtiyacları haqqında danışın və onlara necə kömək ola biləcəyinizi izah edin və qətiyyən işə çox ehtiyacınız olduğunu söyləməyin.
Nifrət – Xüsusilə indiki və ya köhnə müdirləriniz haqqında müsahibə zamanı pis sözlər istifadə etməkdən çəkinin. İşəgötürən rahat olmanızı söyləsə belə pis sözlər istifadə etməyin. Bu sözləri istifadə etməyiniz etik deyil və sizi gözdən salır. Gələcəkdə işlədiyiniz yer və müdirlərinizə qarşı da eyni dili istifadə edə bilcəyinizi göstərir.
Yaxşı – Sizdən necə olduğunuzu soruşduqları zaman, “əla” olduğunuzu söyləyin. Sadəcə “yaxşıyam” sözündən istifadə etmək qarşınızdakına səmimi olmadığınızı düşündürə bilər. Daha professional, etibarlı və inandırıcı olmaq üçün “yaxşı” sözü yerinə başqa sözlərdən istifadə edin.
Argo Sözlər – Küfr məzmunlu sözləri istifadə etməkdən çəkinin. Bu sözlərin istifadəsi, yalnız sizin ünsiyyətdə zəifliyinizi göstərir.
Üzr istəyirəm – Müsahibə zamanı davamlı olaraq üzr istəyirəm demək sizin passiv ya da qeyri-sabit görünmənizə səbəb olur.
Şey, Yəni, Kimi … – Söyləyəcəyiniz sözlərdən əmin olmadığınız zamanlar istifadə etdiyiniz nidalarla bezdirici biri kimi görünə bilərsiniz. Bu vəziyyət eyni zamanda sizin güvən əksikliyinizdən qaynaqlandığını düşündürür.
Boşanmış, Hamilə, Xəstə – Hər hansı şəxsi problemlərinizdən bəhs etməyin. Nəticədə şəxsi problemlərinizin olması iş yerinizdəki performansınıza da təsir edə bilər və işəgötürən bunun fərqindədir.
Əslində – Əslində sözü sizinlə qarşınızdakı insan arasına məsafə qoyur. Daha müsbət duyğular yaratmaq üçün bu sözü istifadə etməkdən çəkinin.
Yalnız – Bu sözün istifadəsi sizə zərərsiz görünə bilər ancaq qarşınızdakına söylədikləriniz üzərində mənfi təsir buraxa bilər.
Tətil – Bu sözü istifadə etmək sizi işdən qaçmaq istəyən biri olaraq göstərə bilər, buna görə istifadəsindən çəkinin.