Fotoqraf Benjamin Von Wong, bütün dünyada iddialı fotoşəkilləriylə tanınır. “İp üstündə gəzən adam” fotoşəkilləriylə məşhurlaşan Wong bu dəfə sualtı çəkilişləriylə qarşımıza çıxır. Fotoqrafımız 2 model və 7 dalğıcla Bali adalarında fotoşəkillərini hazırlamışdır. Batmış gəmi və möhtəşəm mərcanlar yoldaşlığında fantastik bir dünya yaratmışdır. 50 illik batmış gəmi və okean axıntıları arasında rəqs edən dəniz qızı görüntüsünü canlandıran modellərdən, ehtişamlı və sirrli fotoşəkillər yaratmışdır.


Wong, müsahibəsində sualtı çəkilişlərində çətin şərtlərdə və fədakarlıqla çalışdıqlarını ifadə edir. Sualtında modellərin “dinc üz ifadələrini” tutmaq üçün saatlarla sualtı məşqlər etdiklərini söyləyir. Modellərin təhlükəsizliyi üçün də fərqli tədbirlər almışlar. Ən əhəmiyyətlisi isə fotoşəkil çəkilişləri üçün tamamilə təbii işıqlar istifadə edilmişdir.






Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂