Sizə dünya ölkələri haqqında maraqlı faktları təqdim edirik. 🙂

  • Ən çox dilin danışıldığı ölkə – Papua Yeni Qvineya. Dünyada ən çox dilin danışıldığı ölkə Papua Yeni Qvineyadır. Ölkənin rəsmi dili ingilis dili olsa da, əhalinin yalnız 1.2%-i ingiliscə bilir. Ölkədə 820-dən çox dildə danışılır.

  • Ən təhsilli insanlar – Kanada. Təhsilli insanların sayına görə Kanada dünyada birincidir. Ölkə əhalisinin 50%-i təhsillidir. İkinci yerdə 45%-lə İsrail, üçüncü yerdə isə 44%-lə Yaponiya durur.

  • Ən çox zaman qurşağında torpağı olan ölkə – Fransa. Fransanın 12 zaman qurşağında torpaqları var. 11 zaman qurşağında olan torpaqları ilə siyahıda 2-ci yerdə ABŞ, 3-cü yerdə isə Rusiya durur – 9 zaman qurşağı.

  • Suların altında qalma ehtimalı ən çox olan ölkə – Maldiv Adaları. Maldiv Adaları dəniz səviyyəsindən 1.8 metr yüksəklikdə yerləşir. Qlobal istiləşmə isə ölkənin sular altında qalma ehtimalını daha da artırır.

  • “Dünyanın ağciyəri” – Rusiya. Dünyadakı meşələrin təqribən 25%-i Rusiyanın Sibir vilayətinin payına düşür.

  • Sülhə həsrət ölkə – Somali. Son 3 ildə İraq bu siyahıda önlərdə olsa da, Somali yenə də birincidir.

  • Mərcan örtüklü yollar – Quama. Quamada təbii qum əvəzinə mərcan olduğu üçün, yollar da mərcanla örtülür.

  • Adam başına 350 qoyun – Folkland adaları. Adada 3000 insan yaşamasına baxmayaraq, burada təxminən yarım milyon qoyun var.

  • Dünyanın ən qədim suveren dövləti – Misir. Misir e.ə. 3100-cü ildə əldə etdiyi suverenliyi ilə dünyada ən qədim suveren dövlət hesab olunur.

  • Ən çox göl olan ölkə – Kanada. Kanadada 3 milyondan çox göl var və ölkənin 9%-ni təşkil edir. Dünyada olan göllərin 60%-indən çoxu Kanadanın sərhədləri daxilindədir.

  • Dünyanın ən böyük tiryək istehsalçısı – Əfqanıstan. Dünyadakı tiryək istehsalının 95%-i Əfqanıstanın payına düşür.

  • Həbsxanalarında ən çox insan olan ölkə – Amerika Birləşmiş Ştatları. Məsələ insanları həbs etməyə gələndə ABŞ burada birincidir. Həbsxanalarda olan 2.2 milyon insan ölkə əhalisinin 4%-ni təşkil etsə də, dünyada həbsxanalarda olan insanların 25%-ni özündə cəmləşdirir. 1.5 milyonla Çin 2-ci, 870 minlə Rusiya 3-cüdür.
Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry