Kanada ən çox gölə sahib ölkədir. Dünyada yerləşən bütün göllərin 60 faizdən çoxu Kanada sərhədlərində yerləşir.

Kanada əhalisinin 50 faizi orta təhsil alıb. Bu ölkə dünyanın ən təhsilli ölkəsidir. Kanadadan sonra 45 faizlə İsrail və 44 faizlə Yaponiya gəlir.

Quamda bütün yollar təbii qum yerinə mərcan və yağ qarışımından hazırlanmış asfaltla örtülüb.

Demək olar ki, heç meşəsi, yaşıllığı olmayan ölkə Haitidir. Bu ölkədə meşələri elə yox ediblər ki, hətta xəritədə baxdıqda da keçəl görünən yerin Haiti olduğunu asanlıqla bilmək olur.

Ən çox müxtəlifliyi özündə cəmləşdirən ölkə Hindistandır.

Səhra ölkəsi – Liviya. Ərazisinin 90 faizini səhra təşkil edən Liviya dünyanın ən quraq ölkəsi hesab olunur. Ölkənin bəzi bölgələrinə 10 illərdir tək damla yağış düşməyib.

Suların altında qalan ölkə – Maldiv. İstiliyin artmasıyla əlaqədar su altında qalma təhlükəsini ilk yaşayan ölkə təbii ki Maldivdir. Maldiv dəniz səviyyəsindən 1,8 metr yüksəklikdə yerləşir. 

Vətəndaşlarının əksəriyyəti başqa ölkələrdə yaşayan ölkə – Malta. Yaşanan kəskin iqtisadi böhranla əlaqəli hazırda Malta vətəndaşlarının əksəriyyəti başqa ölkələrdə həyatlarına davam edir.

Nyu-Yorkun “Mərkəzi Park”ından da kiçik ölkə – Monako. Monako kiçik ölkə olduğu üçün burada daimi yaşamaq hüququ çox az adama verilir.

Ən çox torpaq sahəsi olan ölkə Fransadır. Ondan sonra ABŞ və Rusiya gəlir.

Qonşuya ehtiyac duyulan ölkə – Monqolustan. İnsan sayının az olduğu ölkədir.

Naura dünyada ən kök əhalisi olan ölkə kimi tanınır. Əhalisinin 95 faizinin kök olmasıyla seçilir. Bunun səbəbi Nauruda fast-food yeməklərinin çox geniş yayılmasıdır.

Həbsxanasında ən çox adam yatan ölkə – ABŞ. ABŞ bu məsələdə birinciliyi heç kimə vermir. Hazırda ABŞ həbsxanalarında 2,2 milyon insan saxlanılır. Sonrakı yerlərdə 1,5 milyon məhbusla Çin,  870 min məhbusla Rusiya gəlir.

Ən gənc əhaliyə sahib ölkə – Nigeriya. Nigeriya əhalisinin 49 faizi yeniyetməlik dövründədir.

Rəsmi dili ingilis dili olan Pappua Yeni Qvineyada 820 fərqli dildə danışılır. Dünyanın ən çox dildə danışılan ölkəsidir.

Dünyadakı tiryək istehsalının 95 faizi Əfqanıstandadır.

Dünyada ən çox tanka sahib ölkə Rusiyadır. Bu ölkə 21 min tanka sahib olsa da texnika cəhətdən güclü deyil. İkinci yerdə 16 min tanka sahib ABŞ gəlir. ABŞ texnika cəhətdən Rusiyanı geridə qoyub.

Heç bir axar çayı olmayan ölkə – Səudiyyə Ərəbistanı. İçmə suyu dəniz suyu və yeraltı su qaynaqlarından əldə edilir.

Ərazisində yerləşən meşələrlə Rusiya dünyanın ağciyəri hesab olunur. Burdakı yaşıllıqlar sayəsində Rusiyanı oksigen istehsalı mərkəzinə çevirmək mümkündür.

Sinqapur – ferması olmayan ölkədir.

Ən tez azalan xalq – Ukrayna. 2050-ci ilə qədər Ukrayna əhalsinin 30 faiz azalması gözlənilir.