“Sovetski”ni sökmək istəyirlər. Ona görə yox ki, bu məhəllə sovetin yeganə qalığıdır, “sovetskidir”. Ona görə ki, bu məhəllə Bakının mərkəzindədir. “Sovetski”yə fotoreportaj hazırlamağa gedəndə fikirləşirdim ki, qaraqabaq adamlarla üzləşəcəm. Amma əksini gördüm. “Sovetski” camaatı gülərüz və nikbindir. Sanki bu adamlar evlərinin sökülməsi təhlükəsilə üzləşməyiblər. Nədir bu nikbinliyin səbəbi? İzah etmək çətindir. Bəlkə sovet optimizmidir? Yox, məhəllə “sovetski” olsa da insanları sovet düşüncəsindən xeyli uzaqdırlar, “sovetski” deyillər… Ümüd edirəm ki, hökumətin artıracağı kompensasiya onları bir az da nikbin edəcək. Yaxşısı budur fotolar danışsın…
Plana düşən mənzərələr
285