Bu gün “Qarabağ” tarixi oyunda qalib gəldi. 🙂

Bu gündən etibrən UEFA Çempionlar Liqasının play-off mərhələsinə start verildi.

Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn “Qarabağ” öz meydanında Danimarkanın “Kopenhagen” komandasını sınağa çəkdi. Qarabağ FK sayəsində Azərbaycanda ilk dəfə UEFA ÇL-nın himni səsləndi.

Daha bir tarixi uğura imza atıb ÇL-in qrupuna yüksəlməyi planlaşdıran Ağdam klubu Danimarka çempionunu 1:0 hesabı ilə məğlub edərək qələbə qazandı. “Qarabağ” komandasının futbolçusu Mahir Mədətov 25-ci dəqiqədə vurduğu qol oyunda yeganə qol oldu. Oyun zamanı “Qarabağ”ın üstünlüyü açıq-aşkar hiss olunurdu. Bütün komanda olaraq hücumda, müdafiədə komandamız möhtəşəm oyun sərgilədi.

Biz “Bildirchin Group” olaraq komandamızı təbrik edirik! Qalibiyyətin davamı gəlsin… 🙂 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək.