Suriyalı Nizar Ali Badr bir daş ustasıdır. Fərqli rəngdə, şəkildə və ölçüdə daşları bir yerə gətirərək təəccüblü əsərlər yaradır. Əvvəllər əsərlərində, təbiəti və eşqi təsvir edən sənətçi son zamanlarda ölkəsindəki müharibəni və bu müharibədən əziyyət çəkən yurddaşlarını təsvir etməyə başlamışdır. Suriyadan kənarda da tanınan sənətçinin əsərlərindən seçdiyimiz nümunələrə aşağıda baxa bilərsiniz.