http://imageshack.com/a/img911/4669/Yr7rac.jpg

    1. Yaponiya imperiya titulunu saxlamış yeganə dövlətdir. Buranın imperator dinastiyası heç vaxt kəsilməyib. İndiki imperatoru Anixito birbaşa olaraq ilk imperator olan Dzimmunun nəslindəndir. Dzimmu Yapon imperiyasının əsasını e.ə. 711-ci ildə qoyub

    2. Yaponiyanın qışda qar yağan şimal bölgələrində bütün küçələr istilik sistemi ilə təchiz olunub. Bununla belə, mərkəzi istilik sistemi mövcud deyil. Hər kəs öz mənzilini bacardığı kimi öz imkan daxilində isidir.

    3. Yaponiyanın kiçik ölkə olmasına baxmayaraq burada dünyanın “ən nəhəngləri” yer alıb. Beləki, Yaponiyada ən bahalı əyləncə mərkəzi sayılan “Disney Sea” yerləşir. Tokio isə dünyada ən yaxşı inkişaf etmiş və böyük metropoliteni ilə məşhurdur.



http://imageshack.com/a/img903/9356/RJTiiM.jpg

    4. Yapon metrolarında xüsusilə qadınlar üçün nəzərdə tutlumuş vaqonlar var. Həmin vaqonlar yalnız səhərlər basabas olanda işə salınır ki, qadınlara sataşan olmasın.

    5. Yaponiya dünyada tütün haqıında qəbul edilmiş ən liberal qanuna malikdir. Burada dəmiryolu platformaları və hava limanı istisna olmaqla hər yerdə tütün çəkilməsinə icazə verilir.

    6. Yapon heroqriflərinin əksəriyəti 2-4 hecadan ibarət olur, lakin istisnalarda var. Məsələn, “xanetokavatoqaxanareruoto” heroqlifi 13 hecadan ibarətdir və xoş olmayan səsin izahını ifadə edir: cəsədin sümükdən ayrılanda səsləndirdiyi səsi.



http://imageshack.com/a/img540/9666/WDCuiJ.jpg

    7. Yapon nitqi və ünsiyyəti bir neçə nəzakət səviyyəsindən ibarətdir: gündəlik danışıq, ehtiramlı, nəzakətli və çox nəzakətli. Yapon qadınları nitqdə demək olarki həmişə ehtiramlı formadan istifadə edirlər. Kişilər isə gündəlik qarışıq.

    8. Yaponiyada delfin əti yeyilir. Delfin ətindən şorba, kusiyaki (yapon kababı) hazırlanır və hətta delfin əti bəzən çiy olaraq qəbul edilir. Deyilənə görə delfin əti çox dadlı olur və balıq dadından tamamilə fərqlənir.

    9. Yaponiyada Fudziyama dağı özəl mülkiyyətdədir. Beləki, dağ 1609-cu ildə pay olaraq sintoist məbədi olan Xonqü Senqenə verilmişdir. 1974-cü ildə Yapon Ali Məhkəməsi bu qeyri-adi hadisəni təsdiqləyir və dağ bir çox mübahisələrdən sonra əvvəlki kimi məbədin mülkiyyətində qalır, çünki Yaponiyada mülkiyyət toxunulmazdır.



http://imageshack.com/a/img540/6034/YoXqJr.jpg

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry