Qədim tarixçilər şahmatı “məqsədi rəqib şahını udmaq” olan oyun adlandırmışlar. Əgər, belədirsə, onda şahmatın tarixi kökləri çox qədimlərə gedib çıxır. Şahmat haqqında ilk məlumat 6-cı əsrə (Hindistan) aiddir. Müasir şahmatın ən yaxın “əcdad”-ı şətrənc olmuşdur. Həmin oyun çox ləng gedirdi, fiqurlar az sürətdə hərəkət edirdilər. Qərbi Avropaya şahmat Pireney yarımadasından (7-ci əsrdə ərəblər tərəfindən işğal olunan zaman) keçmişdir. Rusiyaya isə şahmat, yəgin ki, İrandan, Orta Asiyaya isə Hindistandan keçmişdir.

    Zaman keçdikcə, şahmatçıların sayı artdıqca insanlar əmin olurlar ki, şətrənc kifayət qədər çətin deyil. İntibah dövründə şahmat xeyli təkmilləşdirilir və fiqurlar daha sürətlə hərəkət etdirilir, lakin 400 ildən artıqdır ki, şahmat necə varsa, eləcə də qalıb, dəyişdirilməyib.

    Şahmat ilə əlaqədar ilk yazılı sənədlər Hindistandadır. Avropada şahmat haqqında ilk məlumat 1010-cu ilə aiddir. Bir rəvayətə görə Frank imperatoru Böyük Karla ərəb xəlifəsi Harun ər-Rəşid tərəfindən bahalı şahmat fiqurları dəsti hədiyyə verilmişdi. “Şahmat” sözü farsca “şah” (hökmdar) və ərəbcə “mat” ( öldü ) sözlərinin birləşməsindən yaranıb, lakin buna qədər bu oyun “şətrənc” adlanırdı ( “şətr “-dörd, ” anqa” isə dəstə deməkdir). 

    Rəvayətə görə, şahmat oyununa valeh olan hind şahzadəsi ixtiraçını yanına çağıraraq onu mükafatlandırmaq istəyir: “Nə arzun varsa, de, yerinə yetirim”.

İxtiraçı deyir: “Əmr edin mənə şahmat taxtasının birinci daması üçün 1 buğda, ikinci daması üçün-2, üçüncü daması üçün-4, bir sözlə, sonrakı hər dama üçün əvvəlkindən iki dəfə çox buğda versinlər”.

İxtiraçının istəyinin bir kisə buğdadan çox olmadığını düşünən şahzadə şahlara layiq olmayan bu xırda xahişdən məyus olub xəzinədarı çağırır və ixtiraçının xahişini yerinə yetirməyi əmr edir, lakin bir gündən sonra xəzinədar şahzadəyə xəbər verir ki, ixtiraçının istədiyi buğdanın sayı ağlagəlməz dərəcədə çoxdur: 18 446 744 073 709 551 616, yəni 18 kvintilyon 446 kvadrilyon 744 trilyon 73 milyard 709 milyon 551 min 615. Bu qədər buğdanı bir yerə yığmaq üçün hündürlüyü 4m, eni 10m olan bir anbar tikilsə, həmin anbarın uzunluğu 30 milyon km olmalıdır. Bu isə Yer kürəsinin ekvatorunun uzunluğundan 750 dəfə çoxdur.

    Şahmat daşları fərqli insan xarakterlərini əks etdirir.
– Qala: Qürurlu, sözünün əri, etibarlı, dost canlısı, çalışqan.
– At: Səmimi olmayan, hər vaxt asan yolu seçən.
– Fil: Davamlı ziqzaqlar çəkən, sabitlik təmin edə bilməyən.
– Vəzir: Hər mühitdə işini həll edə bilən, fikir çıxaran, ağılını yaxşı istifadə edən.
– Piyada: Digər insanların işlərini asanlaşdıran, fədakar, cəsur.
– Şah: Davamlı təmkinli hərəkət edən, idarəsini əlindən buraxmayan, güclü.