Steve Jobsun “Stanford Universiteti”ndəki çıxışı (II Hekayə)

0
335

   Daha öncəki məqalədə sizə Stiv Jobs-un Stanford Universitetindəki məzun günü çıxışında danışdığı üç hekayədən ilk hekayəni təqdim etmişdik. Bu gün ikinci hekayəni də sizinlə paylaşırıq. 🙂

   Mənim ikinci hekayəm sevgi və itirməklə bağlıdır. Həyatımın erkən dövründə nəyi sevdiyimi tapdığım üçün şanslı idim. Steve Wozniak və mən “Apple”ı 20 yaşımda ailəmin qarajında qurduq. Çox çalışdıq və 10 il sonra “Apple” qarajdakı iki nəfərlik şirkətdən 4 000 işçisi olan 2 milyard dollarlıq şirkətə çevrildi. “Machintosh”u satışa çıxaranda mən 30 yaşıma yeni keçmişdim. Sonra qovuldum. Özünüz qurduğunuz şirkətdən necə qovula bilərsiniz?

Belə, Apple böyük bir şirkət halına gəlmişdi və şirkəti mənimlə birlikdə idarə edə biləcək, bacarıqlı oduğuna inandığım bir insanı işə götürdük. İlk ildə işlər yaxşı gedirdi. Sonrakı il gələcək illərdə düşündüyümüz planda fərqlilik yaranmağa başladı və bir nöqtədə qopdu. Bu zaman həmin şəxs idarəçiliyə keçdi və mən 30 yaşımda işsiz qaldım. Həm də hər kəsin gözü önündə. Həyatımın mərkəzində olan şey bir anda yox olmuşdu, bu böyük itki idi. Bir neçə ay nə edəcəyimi bimədim. Göz önündə olan uğursuzluq simvolu olmuşdum, hətta şəhərdən qaçmağı da düşündüm, ancaq içimdə bir şeylər oyanmağa başladı və mən hələ də etdiyim işi sevirdim. “Apple”-da olanlar bunu az da olsa dəyişdirməmişdi. Xaric olunmuşdum, amma hələ də sevirdim. 🙂

paleofuture-steve-jobs-apple-walt-disney-520

   Və yenidən başlamağa qərar verdim. O zaman fərqinə varmamışdım, ancaq Apple-dan qovulmaq başıma gələn ən yaxşı iş olmuşdu. Uğurlu olmağın ağırlığı yenidən başlamağın incəliyi ilə yerini dəyişmişdi. Heç nə haqqında əvvəlki kimi əmin deyidim. Həyatımın ən yarıdıcı mərhələsinə girmək üçün azad olmuşdum. Sonrakı 5 il ərzində “NeXT” şirkətini və daha sonra “Pixar” adında başqa bir şirkət qurdum və həyatyoldaşım olacaq heyrətamiz qadına aşiq olmuşdum.

Pixar-da dünyanın ilk kompüter animasiya filmi olan “Toy Story”i yaratdıq. İndi dünyanın ən uğurlu animasiya studiyası hesab olunur. İnanılmaz hadisələr zəncirindən sonra “Apple” “NeXT”i aldı, mən “Apple”a qayıtdım və onun yenilənməsində “NeXT”də yaratdığımız texnologiyadan istifadə etdik və Laurence ilə gözəl bir ailə qurduq. Əminəm ki, “Apple”dan qovulmasaydım bunların heç biri olmayacaqdı. Dadı çox pis olan dərman idi, amma xəstənin buna ehtiyacı vardı. Bəzən həyat başınıza çəkiclə vurar, lakin heç vaxt inamınızı itirməyin.

nextpixarimage

   Davam etməyimə səbəb olan şey gördüyüm işə olan sevgimdən idi. Nəyi sevdiyinizi tapmağınız lazımdır və bu sevginiz üçün keçərli olduğu kimi, işiniz üçün də keçərli olmalıdır. İşiniz həyatınızın böyük bir qismini təşkil edəcək və uğur qazanmağın sirri gözəl olduğuna inandığınız işi görməkdir. Ən əsası isə, gördüyünüz işi sevməkdir. Hələ də tapmamısınızsa, axtarmağa davam edin. Bütün eşq məsələləri kimi, onu gördüyünüz zaman başa düşəcəksiniz və hər böyük münasibətlər kimi illər keçdikcə daha da gözəlləşəcək. Yəni, tapana qədər davam edin… 🙂

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: