Su yaşamaq üçün bədənimizin ən təməl ehtiyaclarından biridir. Bədənimizin düzgün çalışması üçün gündə ən az 12 stəkan su içməliyik. İmmunitetimizin zəifləməməsi üçün də hər gün qaydalı olaraq su içməliyik, amma elə vəziyyətlər var ki, həmin anda su içmək sağlamlığımıza zərər verə bilər.

Su içməməli olduğumuz hallar…

– Qaytardıqdan sonra heç gözləmədən su içmək mədəyə zərər verə bilər. Mədə boş qaldıqdan sonra özünü toparlaması üçün bir az gözləmək lazımdır.

– Çimdikdən sonra artan bədən temperaturu ilə susuzluq da artır, amma duşdan çıxan kimi su içmək daxili orqanları yorur. Orqanların daha tez yaşlanmasına səbəb olur.

– Meyvələr təbii olsalar da, tərkiblərindəki şəkər miqdarı yüksəkdir. Bu səbəblə meyvə yedikdən dərhal sonra su içmək həzm sisteminə zərər verir. Meyvənin tərkibindəki amin turşuları mədənin yanmasına səbəb olur.

– Şirniyyat yedikdən dərhal sonra su içmək qanda şəkərin bir anda yüksəlməsinə səbəb olur. Bu sağlamlığınız üçün olduqca təhlükəlidir.

– Çox ağır hərəkətlərdən sonra, qaçıb yorulduqdan sonra su içməmək lazımdır. Dərhal içilən su, qaraciyər və dalağın böyüməsinə və şişməsinə səbəb olur. Bir az dincəldikdən və ya idmana başlamazdan əvvəl içmək məsləhətlidir.

– Yuxu arasında su içmək bədənimizə zərər verə bilər. Gecə oyanıb içdiyiniz su, beyin funksiyalarına pis təsir edir.