Təəccübləndirəcək 20 fakt

0
602
A Good Book

Sizinlə Təəccübləndirəcək 20 faktı bölüşmək istərdik. Ümid edirik sizə maraqlı gələcək.

1. 2030-cu il nə qədər uzaqdadırsa, 1998-ci il də o qədər uzaqdadır.

2. Mamontların nəsli Misir piramidaları tikildikdən 1000 il sonra tükənib.

3. Kök əvvəl bənövşəyi olub.

4. “Ulduz müharibələri” filmi çıxanda Fransada hələ də gilyotinlə edam cəzası mövcud idi.

5. İnanmaq çətindir, amma ABŞ-da kitabxanalar MakDonalds restoranlarından daha çoxdur.

6. Bananla insan DNT-sinin 50 faizi üst-üstə düşür.

7. Səudiyyə Ərəbistanı Avstraliyadan dəvə alır.

8. Hər iki dəqiqədə çəkdiyimiz fotolar, bütün XIX əsr ərzində çəkilənlərdən daha çoxdur.

9. Ad gününüz olan zaman sizinlə bərabər təxminən 20 milyon insan da keçirir

10. İnsan eyni vaxtda yeməyi udmaq və nəfəs almaq qabiliyyətinə malik deyil.

11. Şokoladlı süd İrlandiyada kəşf olunub.

12. Saturn və Yupiterdə almaz yağışları yağır.

13. Venerada bir gün bizim bir ilimizdən çox çəkir.

14. Pluton kəşf olunduğu və planet hesab olunduğu dövrdən bəri Günəş ətrafında bir dövrəni başa vurmayıb.

15. Delfinlər bir-birlərinə ad verirlər.

16. Kleopatra iPhoneun ixtirasına daha yaxın dövrdə yaşayıb, nəinki Misir ehramlarının tikintisinə.

17. “Simpsonlar” serialı o qədər uzun müddətdir davam edir ki, bu il universiteti bitirənlər doğulanda bu serial artıq bir neçə il idi yayımlanırdı.

18. Dünyada süni flaminqoların sayı canlılardan daha çoxdur.

19. Hansısa xatirəni yada salanda əslində onu axırıncı dəfə yadınıza saldığınızı xatırlayırsınız, hadisənin özünü yox.

20. Mikki və Minni Mausu səsləndirən Ueyn Elvayn və Rassi Teylor həyatda da evli olublar. 🙂

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: