Tənbəllik hissini necə aradan qaldırmaq? Albert və Reksin mübarizəsi

501

    Hər kəs özünün çox ağıllı olmağına inanmaq istəyir, lakin bizim güclü və müdrik hesab etdiymiz beynimiz 2 dəqiqə əvvəl görülən işi unudan, bütün işləri sonraya təxirə salan və həyacanlananda 2 kəlmə sözü qoşub deyə bilməyən beyindir.

    Gəlin beynimizi 2 hissəyə bölək : rasional fəaliyyət göstərən hissəni Albert, emosiyaların idarə etdiyi hissəni isə Reks adlandıraq.

http://imageshack.com/a/img661/5447/BIbeUX.png

    Qəşəng bir qızla söhbət etmək istəyəndə, Reks işə düşür və siz həyacanlanmağa, kəkələməyə başlayırsınız. Reks sizin hiss, emosiya, instinkt və qorxularınızdan ibarətdir.

    Bütün insanlar özünü Albert hesab edirlər, yəni düşüncəli, rasional olaraq özünü idarə edə bilən insan, ancaq Albert artıq qocadır və tez yorulur. Reks isə bu vəziyyətdən istifadə etməyi xoşlayır.

    Beynimiz AlbertReksin daimi mübarizəsindən ibarətdir. Albert bizim hərəkətlərimizi tənzimləməyə, balanslaşdırmağa çalışır. Reks isə ona daim mane olub bizi əks tərəfə çəkməyə cəhd edir.

    Reks özünü kiçik, kaprizli uşaq kimi aparır, amma o, Albertin sözünə baxanda insan kəşflər, uğurlar əldə edir. Sadə bir misal göstərək: Siz idman zalına getmək və düzgün qidalanmaya qərar vermisiniz, amma birdən oturub seriala baxaraq şirniyyat yemək imkanınız yaranır… Hansını seçəcəksiniz? əksər hallarda 2-ci variantı seçib özünüzə, istəklərinizə mane olursunuz.

    Əksəriyyətimizin problemi olan tənbəllik və yaxud işləri daim təxirə salmağın mənbəyi burdan meydana çıxır. Çətinlik isə qərarların Albert tərəfindən qəbul edilməsi və Reksin hərəkətə keçmək istəmədiyindən irəli gəlir.

    Hesab edin ki, kiçik uşağı ona lazım olan bir işi etməyə inandırırsınız. AlbertReksin münasibətləri də buna bənzəyir.

    Reksi yola gətirməyin üsulları var:

    –Məntiqi unudun. Qərar qəbul edən kimi onu yenidən rasional və məntiqli şəkildə dəfələrlə ölçüb-biçməyin. Bu vaxt Reks aradan qaça bilər.

    –Rahatlığınız hər şeydən vacibdir. Əgər siz aclıq , yorğunluq və yaxud depressiya keçirirsinizsə , Reks üsyan edəcək.Mühüm qərarların    qəbulu və yerinə yetirilməsi üçün sizin rahatlığınız təmin olunmalıdır.

    –Özünüzü nizama salın. Həyatınıza müsbət təsir edəcək vərdişlərin siyahısını tutun və ona əməl edin. İşləri, əməlləri yerinə yetirəndə özünüzü mükafatlandırın. Əks təqdirdə cəzalandırın.

    –Hisslərinizi işə salın. Reks hisslərə, emosiyalara qulaq asır. Buna görə də əgər bir işin öhdəsindən gəlməyə qərar vermisizsə, özünüzü motivləşdirin.

    –Başlanğıc=uğur. Başlanğıc həmişə çətin olur. Başlanğıc öyrənmək, adaptasiya olmaq , təcrübə yığmaq kimi mərhələləri əhatə etdiyinə görə bizə bu qədər mürəkkəb gəlir, ancaq bu mərhələni dəf etmək uğura gedən yolun yarısını getmiş hesab olunuruq.

    –Ətrafınızda düzgün atmosfer yaradın. Reksi öz işindən yayındıra biləcək bütün şeylərdən uzaq durun. Məsələn: Facebook,İnstagram və s. kimi şəbəkələr Reksi geri salır , onun bir işin üzərində cəmləşməsinə mane olur.Burada ona kömək edərək bu kimi ətraf təsirləri ətrafınızdan uzaqlaşdırın.

 

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: