Əgər yatağınızda uzanarkən bu yazını oxuyursunuzsa bu mövzu tam da sizə görədir, çünki həyatımızın ayrılmaz hissəsi olan ağıllı telefonlar bizləri kor edə bilərlər. Bununla da kifayətlənməyib digər xəstəliklərə səbəb ola bilərlər. Doğrudur ağıllı telefonlar bir çox problemimizin həllində çox yardımçı olurlar və bu səbəbdən də hamımızın yatmağa getmədən əvvəl son şey olaraq onlardan istifadə edirik. Oyanınca da ilk olaraq onları əlimizə alırıq. Elmi araşdırmalara görə bu beynimizə çox zərər verir.

    Ağıllı telefonlarla yatmaq və yatmadan əvvəl təxminən bir saat onlarla məşğul olmaq yuxu keyfiyyətimizə və sağlamlığımıza mənfi təsir göstərir. Ağıllı telefonların parlaq işıqları xüsusilə günəşli günlərdə yazıları oxumamıza kömək edir. Bu işıq gecələr telefonu bu şəkildə istifadə etdikdə beynimizi xəbərdar edir və beynimizin davamlı oyaq qalmasına səbəb olur.

    Araşdırmalara görə yaxşı və müvəffəqiyyətli bir gün keçirmək üçün təklif edilən 7 ya da 9 saatdan az yatmamaq lazımdır. Əgər siz yatmadan əvvəl ağıllı telefonunuzla zaman keçirsəniz, bu beyninizin oyaq qalmasını təmin edəcək və beyninizin bədəninizə uyğunlaşma həyəcanı verən melatonin hormonunun ifraz olunmasını maneə törədəcəkdir. Elmi araşdırmalara görə yuxu problemi gələcək üçün daha ciddi problemlərə səbəb olmaqdadır. Melatonin hormonunun təsiri ilə azalan gündəlik yuxular bir çox sağlamlıq probleminə səbəb olmaqdadır.

    Xüsusilə yaddaş zəifliyi, reflekslərdə yavaşlamalar, xərçəng, depressiya kimi problemlərə səbəb olur. Bu xəstəliklərlə qarşılaşmamaq üçün yatmazdan ən az 1 saat əvvəl telefonunuzu özünüzdən uzaq bir yerə və hətta mümkünsə başqa bir otağa qoyun. Bu sizin üçün daha faydalı olacaqdır. Gecə telefon ilə yatmaq yerinə bir kitab ilə birlikdə yata bilərsiniz. Gecə yatarkən kitab oxumaq sizin üçün ən faydalı olandır. 🙂

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry