Turistlər üçün təhlükəli ola biləcək şəhərlər

117

Turistlər maraqlı yerlərlə qarşılaşdıqları kimi, təhlükəli yerlərlə də qarşılaşa bilərlər. Odur ki, aşağıda adlarını qeyd edəcəyimiz şəhərlərdə daha diqqətli olmağınızı tövsiyə edirik. 🙂

Barcelona, İspaniya – Bu şəhər futbol komandası ilə məşhur olduğu qədər cibgirləri ilə də tanınır. Burada minlərlə professional oğrular var. Siz onlarla hər yerdə – çimərlikdə, nəqliyyatda, hətta hotel otağınızda belə qarşılaşa bilərsiniz. Ehtiyatlı olun.

Qahirə, Misir – Dünyanın ən qədim və tarixi şəhərlərindəndir. Ancaq burada turistlərin bilməli olduğu fakt odur ki, qadınlar üçün təhlükəli olan şəhərlər siyahısındadır və hər addımda sizi aldada biləcək adama rast gələ bilərsiniz. 5 dollarlıq dəvə gəzintisi üçün sizdən 50 dollar ala bilərlər.

Pattaya, Tayland – Bu şəhərdə siz nədən zəhərləndiyinizi belə bilə bilməyəcəksiniz. Çirkli şəhər olsa da, hər zaman turistlərin marağını cəlb edir. Zəhərlənmənizə səbəb dəniz məhsulları, həmçinin salatlar da ola bilər. Yerli əhali yeməkləri acılı (istiotlu) yediyi üçün həmin bakteriyaları istiot məhv edir. Ancaq turistlər istiotsuz alırlar, nəticədə asanlıqla yeməkdən zəhərlənirlər. Sizə məsləhətimiz, yerli əhali hansı yeməkləri necə yeyirsə o şəkildə alın.

Johannesburg, Cənubi Afrika – Ölkə 2 okeanın birləşdiyi yerdə yerləşir. 30 il öncə qaradərililərin ağdərililərə diskriminasiyası başladı. Əgər dəriniz ağdırsa, getmək istədiyiniz yerə ya maşınınızla ya da taksi ilə gedin. Və taksinin ağdərililər üçün olmasına da diqqət edin.

Neapol, İtaliya – İtaliyanlar deyir ki, İtaliyanın ən yaxşı şəhəri Neapoldur. Bu fikir yəqin pizzanın burada kəşf olunması ilə bağlıdır. Ancaq bütün bunlara baxmayaraq, turistlər Neapolda gəzərkən ehtiyyatı əldən verməməlidirlər. Şəhərin oğruları da özü qədər məşhurdur. Yoldan skuterlə keçən biri anidən pulqabınızı götürüb qaça bilər. Bununla yanaşı, bəzi yerli “biznesmenlər” sizə istəmədiyiniz halda xidmət edib pul istəyə bilərlər. Məsələn, maşınınızı sizə demədən təmizləyib daha sonra isə pul alacaqlar.

Turistlərə ölkə xaricinə gedərkən diqqətli olmağı və həmin yerlər haqqında yetəri qədər məlumat toplamağı məsləhət görürük. Xoş səyahətlər! 🙂

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: