23 fevral 2019-cu il tarixində Tourism Students Meetup layihəsi reallaşdı. Layihə Azərbaycanda turizm sahəsində ixtisaslaşan tələbələr üçün iri həcmdə keçirilən ilk tək platformadır.

Absheron Hotel Group”, “BakuLife Travel” baş sponsorluğu  Dərs Evi tədris mərkəzinin sponsorluğu ilə keçirilən Tourism Students Meetup layihəsi tələbələrin böyük marağına səbəb olub.

Tədbir zamanı yeni yaranmış Turizm Labaratoriyasının (Tourism Lab.) təqdimatı keçirildi. Turizm Labaratoriyasınınnəzdində fəaliyyətə başlayan “Tourism Students Meetuplayihəsinin koordinatoru Fatimə Əliyeva açılış nitqini söylədi. Daha sonra “Tourism Lab.” şirkətinin rəhbəri Həvva Səfərova Azərbaycanda turizm sahəsinin inkişafı üçün əməkdaşlığın vacibolduğunu vurğuladı. Həmçinin, tələbələr üçün təlim-tədris xidməti göstərən AHAnın (Azerbaijan Hospitality Academy) təqdimatı keçirilib. AHA-nın rəhbəri Nərmin Əlisoy çıxışındaq qeyd etdi ki, turizm sahəsində oxuyan tələbələr gələcəkkaryerasını bu sahədə görən şəxsləri turizm mütəxəssisləri iləmütamadi görüşlərini təşkil edəcəyik.

Tourism Students Meetupplatformasının çıxışçıları:

Rövşən NəcəfovTəlimçi, “İnsan Mühəndisliyiproqramının rəhbəri;
Samir Əliyev İaşə şöbəsinin müdiri, Boulevard Hotel Autograph Colletion
Kamil DadaşovArt director, Mauve Hospitality
Nadir FərəcovBiznes İnkişaf Direktoru, Mondo Travel
Jalə ƏləkbərovaTravel Blogger
Racı Əhlimanzadə Mərkəzi İnventorizasiya üzrə Menecer,Absheron Hotel Group
Fərid ƏliyevSatış koordinatoru, Pasha Travel
Rahib İsmixanovBaş Menecer, Sumgayit Plaza Hotel”
Ələkbər EyvazlıRəqəmsal Marketinq mütəxəssisi
Həvva Səfərova Turizm Labaratoriyasının (Tourism Lab.) rəhbəri

Qeyd edək ki, “Tourism Students Meetup platforma turizmtələbələrinin professional biznes mühiti ilə tanışlığına imkan yaradır, turizm sənayesinin mütəxəssislərinin məsləhət ən yaxşı nümunələrini təqdim edən layihədir. “Tourism Students Meetuplayihəsi yeni yaradılmış Turizm Labaratoriyasının (Tourism Lab.) tələbələr üçün nəzərdə tutulmuş fəaliyyət istiqamətidir.

Eyni zamanda qeyd etmək istərdik ki, layihə boyu “Bildirchin Group” media tərəfdaşı kimi çıxış etmişdir 🙂

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂