Hər bir uşaq dost olaraq bir it, pişik, quş, dovşan və ya bir balıq istəyə bilər.
Valideyn olaraq sizdə evinizdə bir evcil heyvanın olmasını istəyirsinizsə; uşağınıza, evinizə və ailənizə uyğun bir heyvanı necə seçə bilərsiniz?


– Uşağınıza, evcil heyvan alacağınızı bildirmədən əvvəl ailənizə uyğun bir heyvan seçmək üçün bir baytardan məlumat ala bilərsiniz. Әlavə olaraq, bir evcil heyvanı zoo mağazadan satın almaqmı yoxsa yeni ana olmuş bir heyvanın balasınımı sahiblənməyi seçim edəcəyinizə dair baytar ilə danışa bilərsiniz.


– Ətrafınızda evcil heyvan sahibi olan digər ailələrdən məlumat ala bilər, fikir mübadilələri apara bilərsiniz.


– Övladınızın hər hansı bir heyvana allergiyası olub olmadığından həkiminə müraciət edərək əmin olun.


– Övladınıza bir evcil heyvana sahib ola biləcəyinizi söyləmədən əvvəl, maddi vəziyyətinizi nəzərdən keçirməniz faydalı olacaqdır.


– Bir heyvana sahib olmağa qərar verdikdən sonra bu fikrinizi övladınız ilə paylaşın. Seçdiyiniz variantları uşağınıza göstərib, fikrini soruşa bilərsiniz.


– Əvvəldən valideyn olaraq evinizdə olmasını istədiyiniz heyvanları bilməniz, uşağınızı o seçimə istiqamətləndirmək üçün faydalı olacaqdır. Əgər evinizdə bir dovşan bəsləmək istəmirsinizsə, sırf uşağınızın istəyi üzərinə evinizə bir dovşan almanız uyğun olmayacaqdır. Uşağınız yaşına bağlı olaraq heyvanın müəyyən məsuliyyətlərini üzərinə götürə biləcəkdir. Amma valideyn olaraq sizlərin də evcil heyvanın bir çox məsuliyyətini üzərinizə götürməyiniz lazım olacaqdır. Bu səbəblə sizin də sevərək baxımını üstlənə biləcəyiniz bir seçim etməniz daha məqsədə uyğundur.


– Ailənizin nə qədər aktiv olduğunu nəzərə alaraq bir evcil heyvan seçimi etməlisiniz. Əgər daha çox evdə kitab oxuyaraq vaxt keçirirsinizsə, çok hərəkətə ehtiyacı olan bir evcil heyvana sahib olduğunuzda heyvan sıxılar və sıxıntıdan evə zərər verə bilər.


– Uşağınızın yaşını nəzərə alaraq bir heyvan seçməlisiniz. Kiçik yaşlı uşaq ilə məsuliyyəti daha artıq olan bir heyvanın (məsələn bir it) baxımını birlikdə davam etdirəcəyinizə əmin deyilsinizsə, balıq kimi daha az məsuliyyəti olan bir heyvan seçə bilərsiniz.


– Əgər pişiyə və ya itə sahib olmağa qərar vermisinizsə, uşağınızın və ailənizin növünə və şəxsiyyətinə uyğun bir növ seçmək üçün araşdırma apara bilərsiniz.


– Bütün bunlardan əlavə unutmayın ki, seçdiyiniz heyvana uyğun olaraq evinizdəki nizamda bəzi dəyişikliklər aparmalı olacaqsınız.
Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry