Yapon uşaqlar çox mehriban və özlərini idarə edə biləndirlər. Orada çox nadir halda supermarketdə ona nəsə alınmadığına görə ağlayan uşaq görə bilərsən. Əlbəttə istisnalar qaydanı pozmur!

Bəs bu necə olur? Onlar necə kiçik yaşlarından bu qədər təmkinli ola bilirlər?

Yapon valideynlərin tərbiyə üsullarını sizinlə paylaşıram:

Ana və uşaq münasibətləri

Onlar arasında çox güclü bağ var. Ana uşaqla vaxt keçirir və ona etdiyi hər bir şeydə köməklik göstərir. Uşağın etdiyi bütün hərəkətlər 5 yaşına qədər qəbul edilir. Belə olduğu təqdirdə uşaq daha yumşaq xarakterə malik olur və problemli hərəkətlər etmir.

Uşaqlar analarının gözündə mükəmməldirlər. Analar etdikləri hər şeydə uşaqlarına da öhdəliklər verirlər. Beləliklə, onlar kiçik yaşlarından məsuliyyətlərini dərk edir və böyüdükdən sonra da valideynlərinə kömək etməyi unutmurlar.

Hər kəs bərabərdir!

Yaponlar düşünür ki, hər kəs bərabərdir. Ona görə də uşaqlarına bunu aşılamaq üçün xüsusi metodları var. 5 yaşına qədər hamı mükəmməldir. 5-15 yaş arası bütün uşaqlar xidmət edənlərdir. Bu dövrdə onlar öyrənirlər. 15 yaşından sonra isə valideynlər və bütün yetişkin insanlarla bərabərdirlər.

Disiplin

Beləliklə, 5 yaşına qədər sevgini öyrənən uşaq həm də qayğını görüb götürür. Daha sonrakı dövrdə o daha çox yeni şeylər etməyi öyrənir. Sevgisi sonsuz olan valideynlərini üzməmək üçün uşaqlar hər şeyi daha yaxşı etməyə çalışır. 15 yaşdan sonra isə bütün məsuliyyətini anlamış uşaqlar yetişkin fərdə çevrilir.

Valideyn nümunədir

Ailə Yaponiyada çox önəmlidir. Onlar, birlikdə çox vaxt keçirməyə çalışırlar. Valideynlər uşaqlarında görmək istədikləri xüsusiyyətləri nəsihət olaraq vermirlər. Onlar uşaqlarına nümunə olmağı daha üstün tuturlar.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂