Dünyanın ən ağırçəkili və kök qadını Mayra Rosales 5 ilə 272 kq çəki itirib. 

Dünyada ən ağır qadın olan və “yarımtonluq qatil” adını almış Mayra Rosales beş il ərzində inanılmaz dərəcədə çəki itirib. publika.az xarici mətbuata istinadən xəbər verir ki, 2008-ci ildə qardaşı oğlunu 454 kiloqramlıq bədəni ilə altında əzən “qatil”in əzdiyi 2 yaşlı Yeliseo adlı körpə sonra dünyasını dəyişmişdi. Məhkəməyə verilən Rosales isə ittihamlara qarşı günahsız bilinərək təqsirsiz tanınmışdı.

Faciədən sonra 32 yaşlı Mayra ciddi surətdə çəki itirəcək “marafona” başlayır. 544 kq-lıq bədəni ilə ölüm təhlükəsi ilə üzləşən planetin ən kök qadınını yük maşını ilə bayıra çıxarırdılar. Həkimlər ona çəki itirməsə öləcəyini bildirmişdilər. “Yarımtonluq qatil”in şəxsi həyatını xilas etmək üçün başlatdığı “marafon” zamanla nəticəsiz qalmır. Belə ki, fizioterapiya əməliyyatı keçirən Mariya qida rasionuna ciddi dəyişikliklər edərək 181 kq arıqlaya bilir. Ümumilikdə isə o 5 ilə 272 kq çəki itirir.

Qadının özünün sözlərinə görə, o hələ əzib öldürdüyü qardaşı oğlu üçün özünü günahkar bilir.

Пол-тонны женщины
Пол-тонны женщины
Пол-тонны женщины
Пол-тонны женщины
Пол-тонны женщины
Пол-тонны женщины