- Axmaq və dəlilərə hər zaman güzəştə get.
- Qadın istərsə, qayaları sındırıb keçər
- Gedəni ləngitmə, gələni qovma.
- Sürət- yavaş lakin fasiləsiz olan bir hərəkətdir.
- Pis insanın dostu olmaq yaxud yaxşı insanın düşməni olmaq seçimi arasında qalsanız, ikincini seçin.
- Dahilər sadə insanların içərisində yetişir.
- Yüksəkliyə qalxmaq istəyən şəxs mütləq pilləkəni tapacaq.
- Kişi ilə qadın arasındakı münasibət göz yaşları ilə əllər arasındakı münasibətə bənzəməlidir: əllər ağrı çəkəndə gözlər yaşaracaq, gözlər yaşaranda isə əllər həmin göz yaşlarını siləcək.
- Günəş haqlıları tanımır, Günəş haqsızları tanımır. Günəş ətrafa işıq saçaraq hər kəsi isindirir. Özünü dərk edən insanlar da Günəşə bənzəyir.
- Dənizin böyüklüyü onun kiçik çayları qəbul etməsindən irəli gəlir.
- Ən uzun yol belə ən yaxın yoldan başlayır.
- Şərab içənlər onun ziyanından bixəbərdirlər, şərab içməyənlər isə onun faydasından.
- Bəlkə də qılınc həyatda cəmi bir dəfə vacehinizə yetəcək, lakin onu hər zaman özünüzlə gəzdirmək lazımdır.
- Gözəl çiəklər məhsuldar bar vermir.
- Dərd cırıq paltara bənzər: onun mövcudluğundan ancaq evdəkilər xəbərdar olmalıdır.
- Cəmi bir mehriban baxış və sözlə bütün qışı isindirmək olar.
- Problemi həll etmək mümkündürsə, ona görə narahatlıq keçirməyə dəyməz. Əgər problemi həll etmək mümkün deyilsə, ona görə narahatlıq keçirmək faydasızdır.
- Bir insandan şübhə etməmişdən öncə 7 dəfə düşün.
- Əlindən gələni et, lakin taleyinin gücünü də unutma.
- Aşırı dürüstlük axmaqlıqla sərhədləşir.
- Təbəssüm gülüş gətirər, gülüş isə xoşbəxtlik.
- Qələbə güclünün yox, səbr edənin və iradəli kəslərin tərəfindədir.
- Həyat kağızın suda bata biləcəyi və daşın suda üzə biləcəyi qədər ziddiyyətlidir.
- Təbəssümlü üzə ox atmırlar.
- Soyuq çay və soyuq yeməyə göz yummaq olar, lakin soyuq baxış və sözə tab gətirmək olmur.
- Düşünərək qərar ver, qərar verdikdən sonra düşünmə
- Soruşmaq bir anlıq utanc gətirir, bilməmək isə ömürlük.
- Mükəmməl güldan pis ustanın əlindən çıxmaz.
- Əyilməkdən qorxmayın, beləki ondan sonra qamətinizi dik tutmaq üçün əlinizdən gələni edəcəksiniz.
- Dərin çaylar səssiz axar.