Alkor Ömür Artırma Fondu (qısa olaraq Alcor da deyilir) – Arizona ştatında krionika ilə bağlı təcrübələrlə məşğul olan qeyri-kommersiya təşkilatı. Alcor hüquqi cəhətdən ölməsi təsdiq olunan insanları azotun içində zədələmədən saxlayır, onlar inanır ki, insanları texnologiyaların inkişaf etməsi ilə diriltmək mümkün olacaq.

31 iyul 2011 –ci ilin hesabatlarına görə Alcor-da 106 insan krionservasiya olunmuşdur və onlardan çoxunun (73 nəfərin) başı aparatlarla qoyularaq dondurulmuşdur. Alcor həmçinin heyvanları da krionlaşdırır, bunun üçün sahibinin icazə lazımdır.  15 noyabr 2007-ci ildəki hesabatlara görə 33 heyvan artıq krionservasiya olunmuşdur.

Alcor-un əsası 1972-ci ildə  Fred və Linda Çemberlen tərəfindən qoyulmuşdur. 1976-ci il 16 iyul Fondun ilk müştərisi elə qurucuların (Fred və Lindanın) atası  olmuşdur.

Dyuar borusu – 4 nəfər və 6 beyin tutumuna malik bir yerdir. Onlar  -196 dərəcə soyuqda Azot maddəsinin içində saxlanılırlar. Dyurar borusu izolyasiya olunmuş bir konteynerdir və elektrik enerjisi tələb etmir. Azot zaman-zaman yoxa çıxdığından onu periodik olaraq doldururlar.

 Hal-hazırda buzların içində hətta Emmi mükafatçısı, beysbol ulduzu, kömpüter təhlükəsizliyi prezidenti, kazino sahibi və s. mükafatçılar ilə peşə sahibləri yatır. Onlar nə vaxtsa oyanacaqlarına inanırlar. Biz də onlara uğurlar arzu edirik 🙂