Müxtəlif mövzularda olan filmlər tövsiyə etmişik, bu dəfə isə sıra bioqrafik filmlərdədir. Bioqrafik filmlər digərlərinə nisbətən daha təsirli olur, bunun da səbəbi filmdə göstərilən hadisələrin həqiqətən də yaşanmış olmasıdır. Məşhur şəxslər haqqında çəkilən filmlər ən az həmin şəxslər qədər maraq yaradır. Bəyənilən bioqrafiya filmləri olduqca çoxdur, sizə bir neçəsini təqdim edirik (spoilersiz).

Intouchables – 2011-ci ildə çəkilmiş film Fransa istehsalıdır, rejissoru isə Olivier Nakachedir. IMDB-də balı 8.6-dır. Filmdə dostlardan bəhs olunur.

Battle for Sevastopol – Film Rusiya və Ukraniya istehsalıdır. IMDB-də 7.2 balla qiymətləndirilmişdir. Film döyüş əsnasında 309 Alman əsgərini öldürürərək tarixin ən müvəffəqiyyətli qadın iti nişançısı olaraq qəbul edilmiş Lyudmila Pavliçenkonun həyatından bəhs edir.

The Walk – Rejissoru Robert Zemeckis olan film dünya şöhrətli fransız kəndirbaz Philippe Petit-in həyatı haqqında çəkilmişdir. Əkiz qüllələrin arasında kəndirdə yeriməyi planlayan kəndirbazın həyəcanı, riski və nailiyyətindən bəhs olunur. Filmin IMDB balı 7.5-dir.

The Wolf Of Wall Street – 2013-cü ildə çəkilmişdir, ABŞ istehsalıdır. 24 yaşında olan Jordan Belfort səhmdarları aldadaraq qısa zamanda varlanır. Tonlarla pul qazansa da, bədxərc biridir. Digər filmlər kimi bu film də real hadisələr əsasında çəkilmişdir. IMDB balı 8.2-dir.

Into The Wild – ABŞ istehsalı olan daha bir film. Önəmli bir universitətdən əla nəticə ilə məzunolan Christopher məzuniyyətdən az sonra ailəsinə əslində istədiyinin buolmadığını və həyatında bəzi şeylərin istəyinə uyğun olmadığını açıqlayır.Sahib olduğu hər şeyi xeyriyyə məqsədli xərclədikdən sonra uzun bir səyahətəçıxan Christopherin yolu Alyaskada qurtaracaq. O bu səyahət zamanı həyatın anlamını və çətinliyini , ölümün qaçılmazlığını ən sərt şəkildə başa düşəcəkdir. 2007-ci ildə təqdim olunub, IMDB balı 8.2-dir.

A Beautiful Mind – Film məşhur riyaziyyatçı John Forbes Nash Jr. haqqında çəkilmişdir. Gənc yaşında inkişaf etdirdiyi biliklərlə riyaziyyat sahəsində dünyanın bir nömrəli alimi adını alır. Lakin qısa müddət içərisində eqoizmi və özünə olan həddindən artıq etibarı nəticəsində psixoloji problemləri yaranır. 2001-ci ildə çəkilib, ABŞ istehsalıdır.

12 Years a Slave – 2013-cü ildə ABŞ və Böyük Britaniya tərəfindən istehsal olunmuşdur. Solomon Northup-ın 1853-cü ildə yazdığı və öz hekayəsindən bəhs edən romanı əsasında çəkilən filmdə Northup, ABŞ-ın şimalında yaşayan azad bir insandır və tanınmış vir skirpka ustasıdır. Filmdə Northup-ın qaçırılaraq kölə edilməsi və keçirdiyi köləlik illərindən bəhs edilir. IMDB balı 8.1-dir.

The Theory of Everything – Film, müasir elm və texnologiya tarixini dəyişdirən ingilis fizik və nəzəriyyəçi Stephen Hawking’in həyatını və həyat yoldaşı Jane Hawking ilə olan əlaqəsini, universitet dövründən etibarən ələ alır. Stephen Hawking Cambridge Universitetinin dühası diqqət çəkən bir şagirddir. 1965 və 1991 illəri arasında evli qalacağı Jane Wilde ilə tanış olur. İkisinin xoşbəxt birliyi, Hawking’in hələ 21 yaşında olarkən diaqnozu qoyulan xəstəliklə başqa bir ölçü qazanır. Bütün ehtimallara göz yuman cütlük evlənib uşaq sahibi olurlar. İllər Hawking’in xəstəliyini daha da şiddətləndirir və sonunda əlaqələrinin sərhədlərini daha da çətin bir nöqtəyə sürüyür. IMDB balı 7.7-dir, 2014-cü ildə çəkilmişdir.

Dawnfall – Hitler və yaxın yoldaşları güvənli bir yerdə gizlənmişdilər. Aralarında Führerin xüsusi katibi Traudi Junge də vardı. Berlin artıq düşmüş bir qaladır lakin Hitler, şəhərdən çıxmağı və təslim olmağı qəbul etməməkdədir. Xalqının bütün fərdləri çöldə yox edilərkən o, son səfərinə hazırlaşır. Birlikdə intihar etmədən bir neçə saat əvvəl Eva Braun ilə evlənirlər. Cəsədləri düşmən əlinə keçməməsi üçün yandırılır. Führerin arxasından illərcə sadiq bir şəkildə getmiş bir çox insanın vəziyyəti də fərqli deyil… Həyəcanlı, tarixi və bioqrafik bu film 2005-ci ildə tamaşaçılara təqdim olunmuşdur. IMDB balı 8.3-dür.

Siyahıya əlavə edə biləcəyiniz filmlər varsa, şərh olaraq yaza bilərsiniz. Xoş seyrlər! 🙂

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂