Dünya şöhrətli investor, mühəndis və biznesmen Elon Musk haqqında maraqlı məlumatları sizə çatdırırıq. 🙂

Elon Musk 1971-ci ildə Cənubi Afrikada anadan olub.

Tesla MotorsSpace X şirkətləri ilə məşhur olsa da, illk dəfə o PayPal şirkətinin həmtəsisçisi olmuşdur.

Musk Hollywood xarakteri Tony Stark (Iron Man) üçün ilham qaynağı olmuşdur. Iron Man 2 filminin çəkilişləri Space X-ın içində və ətrafında çəkilmişdir.

Steve Jobs və digər məşhur sahibkarlar kimi, Musk-ın “Tesla Motors”da rəsmi maaşı illik 1 dollardır.

12 Yaşında olarkən Musk özü kompüter proqramı yaratmağı düşünür və Blastar adlı video oyun yaradır. Həmin vaxt oyunu 500 dollara satır.

Elon Musk Amerikada yaşamasına baxmayaraq, 2002-ci ilə qədər Amerika vətəndaşı deyildi.

17 Yaşında Cənubi Afrikadan Kanadaya köçmüşdür. Nəhayət Birləşmiş Ştatlarda Pensilvaniya Universitetinə daxil olmuşdur.

Daha sonra Musk Stanford Universitetində fizika fakültəsində oxumaq üçün Kaliforniyaya gəlmişdir. 2 gün sonra universiteti atmağı qərara alıb, çıxmışdır.

Stanford Univeristetini tərk etdikdən həmən sonra özünün ilk şirkətini qurmuşdur – Zip 2. Sonra isə həmin şirkəti 1999-cu ildə 307 milyon dollara satmışdır.

1999-cu ildə Musk X.com şirkətinin həmtəsisçisi olmuşdur və nəhayətində şirkət PayPal-a çevirilmişdir. Bu şirkəti eBay 1.5 milyard dollara satın almışdır, buradan 165 milyon dollar Elon Muska verilib.

Musk elektrik maşınlarını istehsal edən Tesla Motors-u yaratdı. Hal-hazırda elə həmin şirkətin sahibkarıdır.

Tesla S maşın modeli Milli Yol Təhlükəsizliyi İdarəsi tərəfindən 5 ballıq reytinqində 5.4 balla mükafatlandırılmışdır. Bu, avtomobilə verilən ən böyük reytinqdir.