Heç kəsə sirr deyil ki, təhsil səhlənkarlığı sevmir və buna görə təhsilin üzərinə nə qədər tez düşülsə, qəbul imtahanları zamanı bir o qədər rahat olacaq. Qəbul imtahanlarından rahatlıqla keçib yüksək bal yığmaq isə gələcəyimizi formalaşdıran vacib faktorlardan biridir.

Övladının və yaxınlarının təhsilini düşünənlər yaxın əyləşin. Bu gün sizə online sınaq imtahanlarının vacibliyi barədə məlumat verəcəyik. Beləliklə 4 səbəbi sizin üçün sıralayaq.

  1. Zamanla ayaqlaşmaq. İnternet dünyasıdır və trend ilə ayaqlaşmağı öyrənmək lazımdır. İstər kompüter, istərsə də planşet və mobil cihazlar vasitəsi ilə əyləncəli və sürətli şəkildə testlərdən keçərək dərhal cavabları öyrənmək imkanı əldə edəcəksiniz.

  2. Çevik və əlçatan. Sistem avtomatlaşdırılmış olduğundan testi bitirdikdən dərhal sonra cavabları öyrənə və səhv buraxılmış suala sürətli keçid edərək zəif nöqtələri dərhal müəyyənləşdirə biləcəksiniz.

  3. Vaxta qənaət. Evdən çıxmadan rahat şəkildə sınaqlara qoşula bilərsiniz. Artıq yollarda tıxacda qalaraq, yanacaq sərfiyyatını artıraraq, gedəcəyiniz yerdə maşını park etmək üçün yer axtaran zaman əsəbləşməyi dayandıraraq, bu dünyada ən vacib resurs olan və heç vaxt geri qaytara bilməyəcəyiniz zamanınıza qənaət edəcəksiniz.

  4. Daha münasib qiymət. Heç kəsə sirr deyil ki, imtahan mərkəzlərində yerin kirayəsi, nəzarətçilər, enerji və kağız sərfiyyatına çəkilmiş xərclər sınaq qiymətinin üzərinə gəlir və onu da siz ödəmiş olursunuz. Online sınaqlar zamanı isə bu xərclər olmadığından qiymət daha aşağıdır.

Sizə əla xəbərimiz var! Artıq Premium test sistemi olan Onetouch.az şirkəti Oktyabr ayından başlayaraq 1-8-ci sinifdə oxuyan balaca dostlar üçün hər ay üçün Mövzu sınaq imtahanları təqdim edəcək. Peşəkər ekspertlər tərəfindən hazırlanmış testləri 1 il boyunca keçməklə cari tədrisin nəzarət altında olduğuna əmin ola bilərsiniz

Testdən indi keç!